Narkomaniyaya yox deyək!

Müasir dövrdə ən dəhşətli xəstəliklərdən biri olan narkomaniya əsrin bəlasına çevrilmişdirNarkomaniyaya yox deyək!Sağalması çox çətin olan bu xəstəlik yeniyetmələr arasında daha geniş vüsət almışdır. Г‡ox acınacaqlı haldır ki, ölkəmizdə bu xəstəliyə tutulanların sayı artaraq 27 mini ötmüşdür. Bu bəladan əziyyət çəkənlərin yaş həddi 25-29 arasında dəyişir. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, cənub bölgəsində hətta 14-15 yaşlı yeniyetmələr narkotik vasitələrdən istifadə edir. Г‡ox dəhşətli faktdır ki, bu vasitədən istifadə edən qadınların da sayı artmaqdadır.
Təcrübələr göstərir ki, narkomaniyaya meyillilik müxtəlif sosial statuslu insanlar arasında yayılmışdır.
Narkomaniyanı yaradan səbəblər içərisində əsas rolu irsi faktor, ailə vəziyyəti və ətraf mühitin təsiri oynayır. Bu xəstəliyin arasında insan psixologiyası, xarakteri də əsas rol oynayır. Hal-hazırda ölkəmizdə narkomaniya ilə bağlı çox ciddi mübarizə aparılır, gənclər və yeniyetmələr arasında çoxsaylı maarifləndirici təbliğat işləri, narkomaniyanın insan həyatında yaratdığı fəsadlar haqqında məlumat verilir.
Bu istiqamətdə rayonumuzda aparılan işlər çərçivəsində daha bir tədbir “Narkomaniyaya yox deyək!” adı altında İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbində keçirildi. Tədbirdə RİH başçının birinci müavini Rövşən Ağayev, RTŞ-nin müdiri Rasim Orucov və RİH-in hüquq şöbəsinin müdiri Xətai Abbasov iştirak edirdilər.
Bu görüşün məramı və məqsədi haqqında ilk öncə məktəbin direktoru Elçin Məmmədov danışdı. Sonra söz RİH başçının birinci müavini Rövşən Ağayevə verildi. O şagirdlərlə səmimi dialoq apardı, onlara hər cür ziyanlı vərdişlərdən uzaq durmağı tövsiyə etdi. Qeyd olundu ki, gənclərin bu işlərə meyl etməsinə səbəb gün rejiminə düzgün qurulmaması, asudə vaxtdan səmərəli istifadə olunmaması və nəzarətin zəifliyidir.
Bu mövzuda Rasim müəllimin fikirləri də dəyərli idi. Г‡ıxışda vurğulandı ki, ziyanlı vərdişlər, o cümlədən narkomaniya insanı həm fiziki, həm də mənəvi cəhətdən məhv edir, onu həyatın ən şirin nemətlərindən məhrum edir. Siz gənclər isə gözəl gələcəyinizi məhv edən belə vərdişlərdən uzaq durmalısınız.
Problemlə bağlı Xətai müəllim də söylənən fikirləri dəstəklədi və bildirdi ki, siz yeniyetmələr daha çox maarifləndirici əyləncəyə meyl etməlisiniz. Г‡ünki bu, sizin hərtərəfli inkişafınız, işıqlı gələcəyiniz üçün çox vacibdir. Söylənildi ki, əgər yoldaşlarınız, tanışlarınız arasında ziyanlı vərdişlərlə məşğul olan varsa, onlarla planlı şəkildə iş aparmaq üçün müəyyən qruplar təşkil olunmalıdır.
Daha sonra mövzu ilə bağlı şagirdlərin fikirləri dinlənildi və tədbir qarşılıqlı debat şəklində davam etdirildi.
Bəşəriyyətin bəlası hesab edilən narkomaniyaya qarşı aparılan belə təbliğat işləri olduqca təqdirəlayiqdir. Г‡ünki gənc nəslin təlim-tərbiyəsi, fiziki sağlamlığı xoşbəxt cəmiyyətin qarantıdır. İnanırıq ki, bu yönümlü tədbirlərin sayı çox olacaqdır.
Zümrüd Behbudova,
İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbinin psixoloqu

Şərh Yaz