Mütəxəssis məsləhətinə ehtiyacımız var

Böyük Qafqaz sıra dağlarının cənubunda yerləşən Həftəsov kəndinin yaxınlığında, yerli əhalinin “Odyanar” adlandırdığı bir yer var. Mütəxəssis məsləhətinə ehtiyacımız varBu yerdə həmişə od yandığına görə onu belə adlandırmışlar. Buradan təbii qaz çıxır və yanmanın səbəbi də budur. Yerin təkindən sızan qazın gündüzlər yanmasını az qala gözlə görmək olmur. Yəqin ki, bu da onun keyfiyyətinin, təmizliyinin yüksək olmasına dəlalət edir.
İkinci dünya müharibəsi zamanı və sonralar kolxozun fermasını bu yanar qazın yaxınlığında yerləşdirmişdilər. Ferma işçiləri yanacağa olan tələbatlarını bu təbii ocaq vasitəsi ilə demək olar ki, ödəmişlər.
İndiki günlərimizdə də mal-qara otaran naxırçılar, yaxud çobanlar yağışlı günlərdə isinmək, çay qaynatmaq məqsədilə bu daimi ocaqdan istifadə edirlər.
Allahın bu neməti bəlkə də yüz illərdir ki, havaya sovrulur. Əlavə enerji mənbələrinin axtarılması problemi ortaya çıxdığı bu dövrdə haqqında söhbət açdığımız məsələni aydınlaşdırılmasında mütəxəssis məsləhətinə ehtiyacımız var. İstərdik ki, “Odyanar”da tədqiqat ışləri aparılsın. Bəlkə doğrudan da burada böyük qaz yatağı ehtiyatları var? Axı əbəs yerə ölkəmizi odlar yurdu adlandırmırlar. Buradakı qazdan məişətdə istifadə oluna bilməsi məsələsi kəndimizin və ətrafdakı yaşayəş məntəqələrinin əsaslı inkişafına səbəb ola bilər.
İntizam Zalıyev,
kənd sakini
Mütəxəssis məsləhətinə ehtiyacımız var

Şərh Yaz