Dərin sevgi və ehtiramla

May ayının 10-da İsmayıllı şəhərinin Mərkəzi meydanında böyük təntənə ilə “Gül bayramı” qeyd olunub. Ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə xüsusi coşqu, ehtiram və məhəbbətlə keçirilən bu tədbirdə rayon rəsmiləri, hüquq-mühafizə orqanları, idarə, müəssisə nümayəndələri, məktəblilər və rayon ictimaiyyəti iştirak edib. iştirak edib. Dərin sevgi və ehtiramla
Dərin sevgi və ehtiramla
Dərin sevgi və ehtiramla
Dərin sevgi və ehtiramlaMay ayının 10-da İsmayıllı şəhərinin Mərkəzi meydanında böyük təntənə ilə “Gül bayramı” qeyd olunub. Ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə xüsusi coşqu, ehtiram və məhəbbətlə keçirilən bu tədbirdə rayon rəsmiləri, hüquq-mühafizə orqanları, idarə, müəssisə nümayəndələri, məktəblilər və rayon ictimaiyyəti iştirak edib. Dərin sevgi və ehtiramla
Dərin sevgi və ehtiramla
Dərin sevgi və ehtiramla
Dərin sevgi və ehtiramla
İsmayıllı rayon İcra Hakimiyyəti yanında Şuranın üzvləri, fəal ictimaiyyətçilər əvvəlcə ümummilli lider Heydər Əliyevin gül-çiçəklə bəzədilmiş abidəsi önünə tər güllər düzərək dahi şəxsiyyətə, Azərbaycanın xilaskarına və qurucusuna dərin sevgi və ehtiramlarını bildiriblər.
Daha sonra rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri mərkəzi meydanda, ayrı-ayrı idarə və təşkilatların “Gül bayramı”na təqdim etdikləri güllər və güllərdən hazırlanmış ekspozisiyalara baxış keçiriblər. Bir saatdan artıq çəkən baxışda RİH başçısı Mirdaməd Sadıqov bayrama qatılanları təbrik edib. Nümayiş etdirilən, gül tərtibatlı nümunələrin hər biri üçün onları təqdim edənlərə təşəkkürünü bildirib.
Tədbirə qatılanlar əsl bayram sevinci yaşayıblar. Belə ki, müəssisə və təşkilatların, təhsil ocaqlarının, ümumtəhsil məktəbləri və uşaq bağçaları kollektivlərinin rəngbərəng güllərdən, yarpaqlardan, bəzək bitkilərindən hazırladıqları və Ümummilli liderə həsr etdikləri bir-birindən maraqlı kompozisiyalar, portretlər, tablolar, digər əl işləri bayram iştirakçılarının böyük marağına səbəb olub. Tədbirdə həmçinin yeniyetmə idmançıların idmanın müxtəlif sahələri üzrə nümunəvi çıxışları izlənilib.
“Gül bayramı” gəzinti-baxışdan sonra tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov tədbir iştirakçılarını təbrik edib. Ulu öndərin Azərbaycan xalqı və dövləti üçün göstərdiyi əvəzedilməz xidmətlərindən danışıb. Güllərdən hazırlanan tablolar Heydər Əliyevə sevgi və məhəbbət, dövlət rəmzlərimizə hörmət, sülhə çağırış, nurlu günəş, aydın səma güldən hazırlanmış kompozisiyaların əsas mövzusunu təşkil edib. Tədbir İsmayıllı rayon Mədəniyyət Mərkəzinin “Niyal” xalq çalğı alətləri ansamblının hazırladığı konsert proqramı ilə davam etdirilib. Aşıq Yanvar Bədəlovun, Sahibə Abdullayevanın, Rövşən Teyyubovun, İntiqam İbrahimovun, Sevil İsmayılqızının, Kamilə və İlahə Nəbiyeva bacılarının oxuduqları bayram ovqatlı mahnılar alqışlarla qarşılanıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz