Sabitlik və inkişaf

İsmayıllı rayonunda Heydər Əliyevin idarəetmə məktəbinin növbəti məşğələsi ulu öndərin anadan olmasının 92-ci ildönümünə həsr edilib. Tədbir iştirakçıları ulu öndərə həsr olunmuş sərgiyə və həyat yolundan bəhs edən filmə tamaşa ediblər. Г‡ıxış edənlər ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərindən danışaraq, Azərbaycan tarixində əvəzolunmaz şəxsiyyət olduğunu bildiriblər. Sabitlik və inkişaf
Sabitlik və inkişaf
Milli dövlətçiliyimizin, onun suverenliyinin qorunub saxlanmasına Azərbaycanda müstəqil, demokratik, hüquqi dövlətin şanlı tarixini yaradan ulu öndər Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində nail olunduğu xüsusi vurğulanıb. Bildirilib ki Ümummilli liderin uzaqgörən siyasi fəaliyyəti nəticəsində xalqımız böyük uğurlar əldə edib. Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə sabitlik və inkişaf bərqərar olub. Xalqın inamını özünə qaytaran, sabitlik və əmin-amanlıq yaradan ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilib, ölkəmiz xaosdan xilas olub, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanıb. Qeyd olunub ki, bu gün də ulu öndərin siyasi xətti dövlət başçısı tərəfindən uğurla davam etdirilir. Azərbaycanda Ulu öndər tərəfindən hazırlanan hüquqi dövlət quruculuğu inkişaf strategiyasının alternativinin olmadığını bildirilib. Konfransda Ulu öndərin həyat və fəaliyyətinə həsr olunan inşa müsabiqəsinin qaliblərinə diplom və hədiyyələr təqdim olunub. Tədbir bədii hissə ilə davam edib.
Səadət Rəhimova

Şərh Yaz