Hörmət və ehtirama layiqdirlər

İsmayıllı rayonunda 1941-1945-ci illərdə alman faşizmi üzərində Qələbənin 70-ci ildönümü münasibətilə “Ana abidəsi” –“ Şəhidlər xiyabanı kompleksinə yürüş keçirilib. Abidə önünə əklil qoyulduqdan sonra müharibədə həlak olan qəhrəman döyüşçülərin xatirəsi ehtiramla yad edilib. Hörmət və ehtirama layiqdirlər
Hörmət və ehtirama layiqdirlər
Hörmət və ehtirama layiqdirlər
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov XX əsrin ən böyük bəlası olan faşizm üzərində qələbənin qazanılmasında Azərbaycanın və azərbaycanlıların rolundan danışıb, qeyd edib ki, dünyanı faşizm taunundan xilas edən, misilsiz döyüş rəşadəti göstərən müharibə veteranları hər cür qayğı və diqqətə, hörmət və ehtirama layiqdirlər. Mirdaməd müəllim məhz ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra veteranların cəmiyyətdəki mövqeyinin yenidən yüksəldiyini, bütün status və imtiyazlarının bərpa olunduğunu diqqətə çatdırıb. Bildirib ki, ölkəmizdə müharibə veteranlarına qayğının və onların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Müharibə veteranlarına göstərilən diqqət və qayğı ölkə prezidenti cənab İlham Əliyevin Böyük Vətən müharibəsi veteranlarına, əlillərinə, həlak olmuş və sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, müharibə illərində arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilən şəxslərə dövlət qayğısının artırılması üçün onlara verilən birdəfəlik yardımlar haqqında sərəncamı bir daha sübut edir. Məhz 1994-cü ildə Böyük Vətən müharibəsi iştirakçılarının üzləşdikləri tarixi ədalətsizliyə son qoyulub. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin ildən 9 May Azərbaycanda yenidən Qələbə Günü kimi qeyd edilir.
Ölkəmizdə müharibə veteranlarına göstərilən diqqəti ölkə Prezidenti cənab İlham Əliyevin 1941-1945-ci illər müharibəsi veteranlarına dövlət qayğısının artırılması üçün verilən sərəncamlar bir daha sübut edir. Daha sonra müharibə veteranları şurasının sədri, Böyük Vətən müharibəsinin iştirakçısı Abduləli Əliyev çıxış edərək müharibənin ağrı-acısından, müharibədə keçdiyi ağır və məşəqqətli döyüş yolundan danışıb, onlara göstərilən diqqət və qayğıya görə bütün veteranlar adından minnətdarlıq bildirib. Qeyd edilib ki, müharibədə rayondan 6010 nəfər, o cümlədən 8 nəfər qadın iştirak edib. Onlardan 4008 nəfəri döyüşlərdə qəhrəmancasına həlak olub və itkin düşüb.
Hal-hazırda rayonda 29 nəfər Böyük Vətən müharibəsi veteranı var.
Qələbənin 70-ci il dönümünə həsr olunmuş yürüşün sonunda şəhər 5 nömrəli tam orta məktəbinin şagirdləri bədii kompozisiya ilə çıxış ediblər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz