Qarşılıqlı dostluq inkişaf edir

Əldə olunan dostluq və tərəfdaşlıq razılaşması çərçivəsində dünyanın bir çox ölkələrində yapon parklarının salınması və dizaynı üzrə ixtisaslaşmış “Kosuqi” Şirkətinin rəhbəri Saki Kosuqi İsmayıllı rayonuna səfər edib.Qarşılıqlı dostluq inkişaf edir
Qarşılıqlı dostluq inkişaf edir
Hörmətli qonağı qəbul edən rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ölkələrimiz arasında formalaşan dostluq münasibətlərindən, onun tarixi köklərindən danışaraq qeyd edib ki, Yaponiya ilə Azərbaycan arasında münasibətlərin əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Başçı bildirib ki, hər iki ölkə üçün səmərəli olan ikitərəfli münasibətlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyi nəticəsində yeni mərhələyə yüksəlib. O, nümayəndə heyətinə rayonunun sosial-iqtisadi inkişafı proqramı çərçivəsində həyata keçirilən müxtəlif layihələr və bütün sahələrdə nəzərə çarpan uğurlar, regionun turizm, kənd təsərrüfatı potensialı, son illər həyata keçirilən infrastruktur layihələri çərçivəsində sosial-iqtisadi inkişaf dinamikası haqqında məlumat verib.
Hörmətli qonaq nümayəndə heyəti ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib.
Qonaqlar ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən şəkil və portretlər, rəsm və dekorativ sənət nümunələri, doğma Azərbaycanımızın xəritə və bayrağının güllərdən ibarət təsviri olan əl işləri, görünüşü ilə diqqəti cəlb edən müxtəlif kompozisiyalara baxıblar. Bir-birindən maraqlı kompozisiyalar, portretlər qonaqların böyük marağına səbəb olub.
Dana sonra Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkın ərazisində yapon mütəxəssisləri tərəfindən salınan, 1500 kvadratmetr sahəni əhatə edən “Yapon bağı”nı gəzən qonaqlar Azərbaycanın İsmayıllı və Yaponiyanın İto şəhərləri arasında qarşılıqlı dostluq mübadiləsinin durmadan inkişaf edəcəyini bildiriblər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz