Yarış əla təşkil olunub

May ayının 7-də 25 komandanın iştirakı ilə təşkil olunan yürüşdə idmançılar saat 10:30-da Velosiped Parkından start götürməklə Böyük Qafqaz sıra dağları istiqamətinə yola düşüb və İsmayıllı rayonunadək 187 kilometr məsafə qət ediblər.
Yürüşün yekununda Sloveniyanın “Adria Mobil” komandasının üzvü Primoş Roqliç qalib olub. Azərbaycanın “Synergy Baku” klubunun üzvü Matey Muqerli ikinci yeri tutub. Üçüncü yerə ABŞ-ı təmsil edən Kristofer Hornet sahib çıxıb.
Yarış əla təşkil olunub
Yarış əla təşkil olunubYerlər üzrə köynəklərin təqdim olunma mərasimində iştirak edən İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qalibləri təbrik etdikdən sonra onlara yerli sənət nümunələri olan xatirə hədiyyələri verib.
Rayonun Şərq girişindən şəhərin mərkəzi meydanına kimi, xüsusilə finiş xəttində yürüşü izləyən ismayıllılar, idmançıları alqışlarla qarşılayıblar. Qaliblər KİV üçün verdikləri müsahibələrdə bunu xüsusilə qeyd ediblər.
“Tour d’Azerbaidjan-2015” veloyürüşünün qalibləri mətbuat konfransında verdikləri müsahibələrdə yarışın İsmayıllı mərhələsinin çox yaddaqalan olduğunu qeyd ediblər. Belə mənzərəli yerlər mübarizəyə əzmlə qatılmaq üçün sanki bir stimul oldu.
Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov 2-ci mərhələ ilə bağlı fikirlərini bölüşərkən qeyd edib ki, bu yarış üçüncü dəfədir indiki adı ilə keçirilir. Düşünürəm ki, iki mərhələnin yekununa əsasən bütün tələbləri yerinə yetirmişik. Qarşıdakı günlərdə daha mənzərəli yerlərdə mərhələlər olacaq”.
Mətbuat konfransında iştirak edən əcnəbi qonaqlar Azərbaycanda gördüklərindən razılıqla danışıblar: “Yarış çox əla təşkil olunub. Yarışın kateqoriyası 2.1-dir, amma gələcəkdə daha da yüksələ bilər. Hotellər əla, yollarda təhlükəsizlik çox gözəldir.
“İsmayıllı xəbərləri”

Şərh Yaz