Torpaqlarımızı azad etməyə qadirik

Tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova İkinci Dünya müharibəsi illəri bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövr olduğunu, Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqlardan danışıb. O qeyd edib ki, 170 min Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. Təltif olunanlar sırasında rayonumuzun təmsilçiləri də vardır. 50 milyon insan itkisinə səbəb olan bu müharibədə 300 min nəfər azərbaycanlı həyatını qurban verib.Torpaqlarımızı azad etməyə qadirikAlman faşizmi məğlub edilsə də, erməni faşizmi hələ də öz çirkin əməllərini davam etdirir. 1945-ci ildə alman faşizmi üzərində qələbənin qazanılmasında böyük rolu olmuş Azərbaycan xalqı tezliklə erməni faşizmi üzərində də qələbə çalacağı böyük ümidlə ifadə olunub.
Bildirilib ki, Azərbaycan ordusu bu gün öz texniki təchizatına, döyüş nizamına, müasir döyüş texnikasından istifadə bacarığına və döyüş ruhuna görə Qafqazın ən güclü ordusudur. Ordumuz Ali Baş Komandan, möhtərəm prezidentimiz İlham Əliyevin əmri ilə işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir və inanırıq ki, tezliklə bu, sülh, ya da hərb yolu ilə baş verəcəkdir.
Tədbirdə Elçin Məmmədov, Ramiz Baloğlanov, Bəxtiyar Fərəcov və başqaları çıxış edərək ölkəmizdə 1941-45-ci illər müharibəsi qurbanlarının xatirəsi daim əziz tutulduğundan, dövlətin müharibə veteranlarına diqqət və qayğısından söz açıblar. Bildiriblər ki, tezliklə prezident İlham Əliyevin qətiyyəti və əzmkar siyasəti nəticəsində vətənimizin dilbər guşəsi, Qarabağ torpağı düşmən tapdağından azad olunacaq və bu tarix Böyük Qələbə Günü kimi Şuşada, Xankəndində – Qarabağda qeyd olunacaq.
Ramid Qasımov

Şərh Yaz