Maraqlı baxış –“ müsabiqə

“Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Təhsil Nazirinin əmrinə müvafiq olaraq İsmayıllı RTŞ-nin keçirdiyi silsilə tədbirlərdən biri də məktəb dram kollektivlərinin baxış –“ müsabiqəsi oldu. Uşaq Yaradıcılıq Mərkəzində baş tutan tədbiri RTŞ-nin metodisti Nəriman Qəniyev giriş söz ilə açaraq kollektivlərə uğurlar arzuladı.Maraqlı baxış –“ müsabiqə
Maraqlı baxış –“ müsabiqə
Şagirdlərin ifasında klassiklərin, müasir sənətkarların əsərlərindən tamaşaya qoyulan parçalar həm münsiflər heyətinin həm də şagird –“ tamaşaçıların dərin marağına səbəb oldu.
Xüsusən şəhər 3 nömrəli tam orta məktəbinin hazırladığı, “Atılmışlar” (Bəxtiyar Vahabzadə), şəhər 1 nömrəli tam orta, Xankəndi məktəbinin səhnələşdirdikləri “Poçt qutusu” (C.Məmmədquluzadə), “Qaraca qız” (S.S.Axundov) əsərləri hamının ürəyincə oldu.
Şəhər 2 nömrəli tam orta məktəbinin “Vaqif” dramından hazırladığı Qacarla Vaqifin görüş səhnəsi, 6 nömrəli tam orta məktəb şagirdlərinin ifasında N.Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” (Hacı Qəmbər), İstisu məktəbi şagirdlərinin ifasında M.F.Axundovun “Hekayəti –“ mərdi –“ xəsis” komediyalarından, şəhər 5 nömrəli və Topçu kənd tam orta məktəbləri şagirdlərinin isə İ.Əfəndiyevin “Hökmdar və qızı” əsərindən səhnələşdirdikləri parçalar da münsiflər heyətini razı saldı. Şəhər 7 nömrəli məktəb şagirdlərinin ifasında B.Vahabzadənin “Gülüstan” poemasının səhnələşdirilmiş bəzi məqamları yüksək qiymətləndirildi.
Rayon mədəniyyət evinin əməkdaşları məktəb dram kollektivlərinin işindən razı qaldıqlarını bildirməklə bərabər, balaca aktyorlara dəyərli tövsiyələrini verdilər.
Rayon Təhsil Şöbəsinin metodisti, bu sətirlərin müəllifi bədii ədəbiyyatın həyat və tərbiyə məktəbi olduğunu bildirdi. O qeyd etdi ki, təhsil siyasəti ilə bağlı qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində, uşaqların mükəmməl şəxsiyyət, əsl vətəndaş kimi tərbiyə olunmasında bədii ədəbiyyatın müstəsna rolu, şagird dünyagörüşünün, məntiqi təfəkkürünün inkişafında mənəvi aləminin zənginləşməsində mütaliənin əvəzsiz xidməti vardır.
Sonda Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov tədbirin təşkilatçılarına, eyni zamanda, gözəl və mənalı çıxışlarına görə iştirakçılara dərin təşəkkürünü bildirdi.
Rəna Mirzəliyeva,
İsmayıllı RTŞ-nin metodisti

Şərh Yaz