Bir yarışda iki uğur

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 10 may 2015-ci il tarixdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə “Şahin” hərbi-idman oyununun respublika final yarışının açılışı keçirilmişdir. Yarışdan öncə iştirakçılar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişlər.Bir yarışda iki uğur
Yarışda finala vəsiqə qazanmış respublikanın müxtəlif şəhər və rayonlarından 19 komanda iştirak etmişdir.
“Şahin”lərin gərgin mübarizəsindən sonra Bakının Xətai rayonu I, Bakının Nizami rayonu II və İsmayıllı rayonu 6 nömrəli tam orta məktəbinin komandası isə III yeri qazanmışdır.
İsmayıllı komandası kənd komandaları arasında I yerə layiq görülmüşdür.
Qaliblərə Gənclər və İdman Nazirliyinin diplomları, kubokları və qiymətli hədiyyələri verilmişdir.
B.Səfərəliyev

Şərh Yaz