Elektron poçtumuzdan: İkinci yazı 416-cı Azərbaycan atıcı diviziyasının İsmayıllı qəhrəmanları

(Əvvəli 15 aprel 2015-ci il tarixli nömrəmizdə)

İstərdim ki, Qafqaz dağları ətəklərindən Almaniyanın mərkəzi olan Berlin şəhərinə qədər uzun və şanlı döyuş yolu keçmiş əfsanəvi 416-cı Azərbaycan atıcı diviziyasının qoşun bölmələri tərkibində döyüşmüş və bununla bərabər şəxsi qəhrəmanlıq və fədakarlıq göstərərək komandanlığın döyüş tapşırıqlarını nümunəvi yerinə yetirdiklərinə görə müharibə təltiflərinə layiq görülmüş həmyerlilərimizin siyahısını davam etdirim.
Hərbi arxiv saytında təltif sənədlərini araşdırarkən medal və ordenlər ilə təltif olunanların sıralarında aşağıdakı siyahıda adları göstərilən həmyerlilərimizin də olduğu aşkara çıxarılmışdr:
Elektron poçtumuzdan: İkinci yazı  416-cı Azərbaycan atıcı diviziyasının İsmayıllı qəhrəmanları
Bundan əlavə, 1942-1943-cü illərdə diviziyanın apardığı çiddətli döyüşlərdə ağır yaralar alaraq arxaya göndərilmiş və sonradan təltiflərə layiq edilmişlər arasında 1902-ci il təvəllüdlü, 1373-cü alayın atıcı əsgəri Bayram Əhməd oğlu Mustafayev, 1368-ci atıcı alayında manqa komandiri olmuş, kiçik serjant Həsənəli İsmayıl oğlu Aslanov, 1925-ci il təvəllüdlü, 1368-ci alayda atıcı əsgər olmuş Mustafa Dadaş oğlu Əhmədov, 1907-ci il təvəllüdlü, 1374-cü alayda atıcı əsgər olmuş Mətən Sadıq oğlu Mətənov və 1906-cı il təvəllüdlü, 416-cı diviziyanın 45 millimetrlik top batareyasının komissarı olmuş Əlibala Hacıbala oğlu Mirzeyev (sonralar Talıstan kəndində məktəb direktoru işləmişdir) kimi həmyerlilərimiz də aşkar olunmuşlar.
Əgər bəzi həmyərlilərimiz göstərilən əsgər və zabitlər arasında özlərinin 1942-1945-ci illərdə 416-cı diviziyanın qoşun bölmələri tərkibində müharibə etmiş qohumlarnı tapa bilmirlərsə, bunun səbəbi odur ki, RF hərbi arxivinin saytı məlumatlar ilə hələ də bütünlüklə dolmamışdır. Məsələn: İsmayıllı rayonunun Qalacıq kəndində anadan olmuş, diviziya tərkibində Berlini alana qədər döyüş yolu keçmiş və müharibə ordenləri və medulları ilə təltif olunmuş, mərhum Sultan Rəhimov haqqında hələ ki, saytda məlumat yoxdur.
Rəhim Əzizov,
Rostov- Don şəhəri, 28 aprel 2015-ci il

Şərh Yaz