Döyüş yolu xatırlandı

Alman faşizmi üzərində qələbənin 70 illiyi münasibəti ilə keçirilən tədbirlərdən biri də qanlı-qadalı illərin şahidi və döyüşçüsü, Hacıhətəmli kəndində yaşayan 92 yaşlı Həbulla Ağayevin ünvanında keçirilib.
O, 1942-ci ildə cəbhəyə yollanıb. Ağır və şərəfli döyüş yolu keçmiş H.Ağayev yüz minlərlə həmvətəni kimi faşistləri Azərbaycan torpağına buraxmamağı özünə borc bilib.
Döyüş yolu xatırlandı9 may 2015-ci il tarixində Hacıhətəmli kəndində 1941-1945-ci il Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin önündə Qələbənin 70 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə ziyalılar, kənd sakinləri, məktəblilər iştirak edib. Г‡ıxış edənlər faşizmlə mübarizədə azərbaycanlıların, o cümlədən kənd sakinlərinin şücaətindən, qəhrəmanlığından söz açıblar. Qeyd olunub ki, kənddən cəbhəyə yollananlardan 78 nəfəri həlak olmuş, yüzlərlə insan yaralanaraq geri qayıtmışdır. Qarabağ müharibəsində də Hacıhətəmli rayonun ən çox şəhid verən kəndidir. Sağ qalmış yeganə müharibə veteranı 2 “Qızıl ulduz”lu, şəhid atası Həbulla Ağayev çıxış edərək Mozdokdan başlayaraq Budapeştə qədər uzanan əzablı döyüş yolundan danışıb. Veterana Qələbənin 70 illik yubiley medalı təqdim olunub.
Məktəblilər ədəbi-bədii kompazisiya ilə tədbirə toplaşanların alqışını qazanıb.
Г‡.Bəhərçinli

Şərh Yaz