Şanlı zəfər tarixi

23 aprel 2015-ci il tarixində Topçu kənd tam orta məktəbində “Г‡anaqqala zəfəri bütün türk xalqlarının şanlı zəfəridir” mövzusunda elmi-praktik konfrans keçirildi. Konfransda Yeni Azərbaycan Partiyası İsmayıllı Rayon şöbəsinin sədri Əzizə Vahabova, rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi Ramiz Baloğlanov, Buynuz, Qurbanəfəndi kənd tam orta məktəblərinin tarix müəllimləri və yuxarı sinif şagirdləri iştirak edirdilər.
Məktəbin direktoru Xavər Allahverdiyeva giriş sözü ilə çıxış edərək konfransı açıq elan etdi. Azərbaycanın Dövlət himni səsləndirildi və bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Konfrans yazıçı İlyas Əfəndiyevin “Hökümdar və qızı” əsəri əsasında şagirdlər tərəfindən hazırlanmış tamaşa ilə başlandı.
Məktəbin tədris işləri üzrə direktor müavini, bu sətirlərin müəllifi çıxış edərək 1915-1916-cı illərdə baş vermiş Г‡anaqqala savaşının səbəblərini izah etmişdir.Burada məqsəd Türkiyəni tamamilə məhv etmək idi. Qərb dövlətləri bu ölkəyə qarşı qalxmışdılar. Lakin Mustafa Kamal Atatürkün səyi və türk xalqlarının mübarizliyi və qəhrəmanlığı nəticəsində savaş qələbə ilə başa çatdı. Bu qələbə yalnız türk xalqlarının qələbəsi deyildi. Bütün türk və islam dünyasının qələbəsi idi ( həmin savaşda 3 mindən çox azərbaycanlı şəhid olmuşdur).
Natiq sonra qeyd etdi ki, Birinci Dünya müharibəsində qalib çıxmış Qərb dövlətləri Afrikada, Yaxın Şərqdə və Türkiyədə törətdikləri cinayətləri və soyqırımları ört-basdır etmək üçün qondarma “erməni soyqırımı” anlayışını və ideologiyasını yaratdılar. Burada əsas məqsəd dünya ictimaiyyətinin diqqətini yayındırmaq və türklərə qarşı dünya ictimaiyyətində nifrət hissi yaratmaq idi.
Konfransda məktəbin tarix müəllimi Adil Vəliyev çıxışında bu gün dünyada baş verən hadisələrə toxundu. O qeyd etdi ki, İraqda, Suriyada, Misirdə, Liviyada, Tunisdə və Yəməndə baş verən hadisələr, Roma papasının, Avropa Parlamentinin qondarma “erməni soyqırımı”nı tanımaları, Avropada islam dininə qarşı aksiyaların təşkili və islamofobiyanın yaranması göstərir ki, ikinci müasir səlib müharibəsi başlanmışdır. Bunun qarşısının alınması üçün mütləq türk xalqlarının və islam dövlətlərinin qüvvələrinin birləşməsi lazımdır.
Tədbirdə XI sinif şagirdləri Mətanət Vəliyeva, Arif Səmədli, Rəsul Səlimov, X sinif şagirdi Aişə Məmmədova və VIII sinif şagirdi Kamil Səlimov çıxışları ilə Г‡anaqqala zəfərinə münasibət bildirdilər.
Sonda Yeni Azərbaycan Partiyası İsmayıllı Rayon şöbəsinin sədri Əzizə Vahabova və rayon təhsil şöbəsinin aparıcı mütəxəssisi Ramiz Baloğlanov çıxış edərək məsələyə münasibətlərini bildirmiş, konfransın əhəmiyyətindən danışmışlar.
İzzət Şirəliyev,
Topçu kənd tam orta məktəbinin direktor müavini

Şərh Yaz