Qayğı ilə əhatə olunublar

Qızıl Xaç və Qızıl Aypara Cəmiyyəti (QX QAC) yaradılması günü və ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə QAC İsmayıllı rayon bölməsində tədbir keçirilib.
Tədbirin keçirilməsi rayonun aztəminatlı ailələrinə yardım göstərilməsi ilə yanaşı, onların daim diqqət və qayğı ilə əhatə olunmasına əyani sübutdur.
Qayğı ilə əhatə olunublar Tədbiri giriş sözü ilə açan QAC İsmayıllı rayon bölməsinin sədri Tofiq Soltanov ulu öndər Heydər Əliyevin keçdiyi şanlı ömür yolundan, Cəmiyyətin yaranma tarixindən və ötən illər ərzində görülən işlərdən, rəsmisi olduğu təşkilatın köməksiz insanlara, ümumilikdə cəmiyyətə dəyən faydasından danışıb.
Г‡ıxışında rayon bölməsi yaradıldıqdan sonra görülmüş işlərə yer ayıran T.Soltanov son illərdə QAC fəaliyyətindəki inkişafdan da söz açıb. Əvvəlki illərə görə son ildə rayon bölməsində daha çox iş görüldüyünü bildirib.
QXQAC yaranma günü və Ulu öndərin doğum gününün 92-ci ildönümü ərəfəsində 40 aztəminatlı ailəyə ərzaq bağlamaları verilib. Bağlama alanların hər biri ölkəmizə əmin-amanlıq, cənab Prezidentə can sağlığı arzulayıb.
Şövqi Əhmədov

Şərh Yaz