Ulu öndər Heydər Əliyev –“ müasir Azərbaycan

İsmayıllı şəhəri, N.Behdiyev adına 6 nömrəli tam orta məktəbinin X sinif şagirdi İsayeva Zeynəb Şirzad qızı.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Respublika məktəbliləri arasında keçirilən inşa yazı müsabiqəsində birinci yeri tutub.
Zeynəb IX sinfi fərqlənmə şəhadətnaməsi ilə bitirib. Fənn müəllimi “Tərəqqi” medallı Hacıməmməd Məmmədovdur.
Zeynəbi və qələbədə payı olanları təbrik edirik.
“İsmayıllı xəbərləri”
Ulu öndər Heydər Əliyev –“ müasir AzərbaycanBu mövzunu qələmə almamışdan əvvəl çox düşünüb-daşındım. Bu ağır yükün altına girməyə cəsarət lazımdır. Ümummilli lider Heydər Əliyev haqqında inşa yazmaq üçün dərin siyasi və elmi biliyə malik olmaqla yanaşı, onun həyat və fəaliyyətinə, yaradıcı irsinə yaxından bələd olmalısan.
Mən özümü bu gün xoşbəxt sanıram. Xoşbəxt sanıram ona görə ki, bu dahi ümummilli lider Heydər Əliyev haqqında inşa yazmaq, söz demək mənə də nəsib olub. Bilmirəm, adı artıq dünyanı dolaşan Heydər Əliyevin böyüklüyü, gördüyü işləri, ən önəmlisi isə şəxsi nümunəsini bir məktəbli düşüncəsi ilə vəsf edə biləcəyəmmi? Axı onun həyatı şair R.Rza demiş cild-cild kitaba sığmaz.
Ümmandan damla götürmək hər adama nəsib olmur. Mən də bu ümmandan damla götürə bilsəm, özümü bir daha xoşbəxt hiss edə bilərəm.
Arzusu Günəşdən, qəlbi atəşdən,
Onun Promotey qüdrəti vardır.
Bir qəlpə qopara bilsəm Günəşdən,
Əridib, bir kəlmə “Heydər” yazardım.
Heydər Əliyev 10 may 1923-cü ildə qədim Naxçıvan torpağında dünyaya göz açıb. Onun doğulduğu ailə sadəliyi və zəhmətkeşliyi ilə seçilirdi. Bəlkə də, elə buna görə idi ki, o zaman heç kəsin ağlına gəlməzdi ki, belə sadə insan nə vaxtsa müstəqil Azərbaycan Respublikasının qurucusu olacaq. Kimsə ağlına belə gətirməzdi ki, belə adi bir gənc nə vaxtsa öz doğma Vətənini dünyaya tanıdacaq, ona parlaq şöhrət gətirəcək.
Lakin illər keçdi, balaca Heydər böyüdükcə onun elmi, parlaq zəkası, xalqına olan sevgisi və ən əsası müstəqil Azərbaycan yaratmaq haqqında ideyaları da böyüyür, inkişaf edir, məcrasına sığmayıb çay kimi coşub-daşırdı. Г‡ox gənc yaşlarından xalqının güzəranına yaxşı bələd olan, ermənilərin min bir hiyləsini öz gözləri ilə görən Heydər Əliyev müstəqil, firavan Azərbaycan dövləti yaratmaq üçün daim gərgin çalışırdı.
Əhsən kamalına, ağlına əhsən!
Adi xidmət deyil, xidmətin sənin,
Var olsun daima şöhrətin sənin,
Xalqına şöhrətdir xidmətin sənin.
Tariximizə Heydər Əliyev dəsti-xətti ilə yazılmış bəxtəvərlik səhifələri hələ, 1969-cu ildə dahi insanın Azərbaycana rəhbər təyin olunması ilə başlayır. Məhz həmin tarixdən etibarən Azərbaycan surətlə inkişaf etməyə başladı və dünya dövlətləri cərgəsində özünü təsdiq etdi. Г‡ox qısa bir zaman ərzində görkəmli rəhbərin qayğısı və təşəbbüsü ilə Azərbaycan keçmiş SSRİ-nin ən qabaqcıl respublikalarından birinə çevrildi və beləcə, Azərbaycan tarixinin XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərinə aid bütün şərəfverici səhifələri Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu öndər rəhbərlik etdiyi dövrdə həmişə həqiqətə əsaslanmış, xalqla daim sıx əlaqədə olmuş, onun səsini və fikirlərini dinləmişdir. Heydər Əliyev ömrünü vətən naminə qurban verməyə hazır olan əsl vətənpərvər ömrü yaşamışdır. Məhz elə buna görə “onun həyat və fəaliyyətinin bütün dövrlərini” siyasətdə müdriklik məktəbi adlandırsaq, yanılmarıq.
Lakin, çox təəssüflər olsun ki, Heydər Əliyev günəşi Azərbaycan səmalarında əbədi parlamadı. Gözəl bir yaz günü ulu Yaradanın Azərbaycan xalqına bəxş etdiyi töhfə, qiymətli xəzinə – Heydər Əliyev (yenə də) soyuq qış günündə, yenə də Ulu Yaradanın hökmü və hikməti ilə əbədiyyətə qovuşdu. Əslində, bu Günəş hələ sönməmişdir. Onun şəfəqləri bu gün də doğma Azərbaycanı isidir, himayə edir. Xalqımıza əsl bədbəxtlik o zaman üz verər ki, bu Günəşin şəfəqləri Yurdumuzu qızdırmasın.
Г‡ox şükürlər olsun ki, bu gün böyük məmnunluq hissi ilə qeyd edə bilirəm ki, əsasını Heydər Əliyevin qoyduğu, siyasi konsepsiyasının uğurlu davamçısı İlham Əliyev bizim prezidentimizdir. Ümumilikdə bu siyasət yolu xalqın maddi rifah halının yaxşılaşmasına, ölkəmizin günü-gündən inkişaf etməsinə əsaslanır.
Г‡ox şükür ki, ulu Tanrı
Xalqımıza İlham verib.
Həm qurucu, həm rəhbər,
Həm də gözəl insan verib.

Kəndlər dönüb şəhər olur,
Qaranlıqlar səhər olur.
Səhralarda açır çiçək,
Uğurludur xoş gələcək.
Heydər Əliyevin Azərbaycan tarixində rolu və yeri əvəzsizdir. Onun itkisi ilə barışmaq xalqımız üçün çox çətindir. Hətta itki sözünün özü belə bu çatışmazlığı hərtərəfli əhatə etmir. Amma hər halda, təsəlli də bir o qədər böyükdür. Heydər Əliyev yaratdığı Azərbaycan Respublikası qədər əbədidir. Bu təkcə mənim fikrim deyil, zamanın qənaətidir!Ulu öndər Heydər Əliyev –“ müasir Azərbaycan
Zeynəb İsayeva

Şərh Yaz