İki bayramın sevinci

9 May – faşizm üzərində Qələbənin 70 illiyi, ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Xanagah kənd ümumi orta məktəbində də silsilə tədbirlər keçirilib. Tədbirdə məktəbin direktoru Əhəd Əzizov şagirdlərə bu tarixi günlər barəsində ətraflı məlumat vermişdir. İkinci Dünya müharibəsi zamanı faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan xalqının rolundan, qəhrəmanlıqlarından, Bakı neftinin danılmaz vasitə olmasından bəhs edib. İki bayramın sevinci
Ə.Əzizov daha sonra isə Ulu öndərin həyat və fəaliyyətindən, Azərbaycanda siyasi hakimiyyəti zamani mürəkkəb şəraitdə xalqımız üçün gördüyü xidmətlərdən, müstəqillik qazanıldıqdan sonra Azərbaycanın siyasi və iqtisadi nüfuzunun, gücünün artmasındakı əvəzsiz rolu barədə məlumat verib.
İki bayramın sevincini yaşayan şagirdlər əlamətdar bayramlarla bağlı şeirlər söyləyib, səhnəciklər nümayiş etdiriblər. Şagirdlərin bacarığı alqışlara səbəb olub.
Tədbirin sonunda məktəb kollektivinin “Gül bayramı”na hazırladığı lövhələr nümayiş etdirilib.
Tükəzban Balaliyeva,
məktəbin müəllimi

Şərh Yaz