Hisslərin psixologiyası (Bir qədər yumorla)

Unutmaq –“ Saxtadır. Tərbiyədən asılıdır. Faydalıdır, həmişə yox. Şərq mənbəlidir.
Darıxmaq –“ Təbii hissdir. Saxtası yoxdur. Faydası azdır. Reallığı sevir. Amma özü real deyil. Məşğuliyyətlə qarışdırılanda tərkibini itirir.
Sevmək –“ Birinci buraxılışı originaldır. Bu dövrdə ağılla yola getmir. Sonrakılar müəyyən hisslərə görə saxtalaşır. Zəmanət verilmir. Ən çox şərq yarımkürəsində yayılıb. Satışı qadağandır. Ona görə də çox satılır. Saxtalıq əlaməti (hərəkətə çevrilmə ilə başlayır). Gerçəklərlə qarışdıranda alergiya verir. Hər zaman nəzarət tələb edir.
Susmaq – Hərəkətlə calağı var. Təbiidir. Saxtası da mövcuddur. Ətraf üçün qorxusu da var. Sahibi üçün faydası çoxdur. Tərkibi gizlidir.
Hisslərin psixologiyası (Bir qədər yumorla)Nifrət etmək –“ İnam hissinin və sevginin infliyasiyası da demək olar. Təbii hissdir. Qorxuludur. Ona görə də tərkibində ağılın olması məsləhətdir.
Ağlamaq –“ Hərəkət xarakrerlidir. Ən təbii hissdir. Amma saxtasını da çıxardıblar. Əsasən qadınlar üçündür. Kişilərə lazım olanda çətin tapılır.
Duyğulanmaq –“ Originaldır. Müşahidə olunmur. Gözlə görünmür. Hiss edilir. Ona görə də saxta deyil. Mühitdən, xarakterdən asılıdır. Saflıq dərəcəsinin göstəricisidir.
Şoka düşmək –“ Hərəkətsizliklə müəyyən olunur. Hansısa hissin normadan artıq olduğunu bildirir. Psixoloji hazırlığın səviyyəsindən asılıdır.
Qışqırmaq –“ Həm də hərəkətdir. Originaldır. Satışda yoxdur. Ona görə də az saxtalaşıb. Başqasını narahat etməyəndə faydalıdır.
Gülmək –“ Hərəkətlə müəyyən olunur. Təbiidir. Amma daha çox saxta forması yayılıb. Səviyyə ilə müəyyən olunur və səviyyəni müəyyən edir. Ağılın ona təsir imkanı azdır.
Qorxmaq –“ Hərəkətə yol açır. Təbiidir. Insan üçün vacibdir. Ağıl onu qorxudan kəşf edib, amma ağıldan əvvəl yaranmayıb. Г‡ünki, qorxmaq da ağılsızlıqdır, qorxmamaq da.
Təəccüblənmək –“ Original hissdir. Əlçatmazlığı sevir. Düşünmək hissi ilə uzlaşmır. İbtidai hissdir. Ağıllını daha da ağıllı, ağılsızı daha da ağılsız edir.
Sevinmək, kədərlənmək – Müxtəlif mənşəlidir. Təbii hissdir. Ondan törəyən bir çox hisslər və hərəkətlər var. Saxtası olsa da müəyyən etmək mümkündür.
İnanmaq –“ Təbii hissdir. İnsan onsuz yaşaya bilməz. Başqasının üzərində saxtadan seçmək çətindir. Tərkibində başqa hisslər mövcuddur. Ağıl onu ən pis halda özünə tabe edə bilər, amma məhv edə bilməz.
Düşünmək –“ Təbiidir. Həm ağıl həm də hissdir. Amma saxtakarlığın yaranmasında böyük rolu var. Ağılla qarışdırılanda ən ali hisslərdən olur.
Orxan Kamallı,
Gəndov kənd ümumi orta məktəbinin müəllimi

Şərh Yaz