Hamı razı qaldı

1 may 2015 – ci il tarixdə Basqal qəsəbə tam orta məktəbinin akt zalında məktəbimizin tarix-coğrafiya müəllimi Novruz Əsədovun təşkil etdiyi “Azərbaycanı sevin!” adlı intellektual-bədii tədbir keçirilib. Bu maraqlı tədbirdə Basqal qəsəbə və ətraf kənd məktəblərinin tarix və coğrafiya müəllimləri və şagirdləri də iştirak edib. Hamı razı qaldı
Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Novruz müəllim Azərbaycanın keçdiyi tarixi dövrləri xronoloji ardıcıllıqla video çarx vasitəsilə diqqətə çatdırıb.
Komandaların təqdimatından sonra müxtəlif mövzuları əhatə edən bilik yarışması başlanıb. “Şirvan” və “Qafqaz” komandalarını təmsil edən şagirdlər bilik səviyyələrini sınağa çəkiblər. Maraqlı mübarizə şəraitində keçən yarışda “Qafqaz” komandası qələbə qazanıb. Bacarıqlı şagirdlərimizin ifasında Vətəni tərənnüm edən şeirlər hamının ürəyincə olub.
Sonda məktəbin direktoru Ağasəfər Qafarov, Zeyvə kənd ümumi orta məktəbinin müəllimi Rəvan İbrahimov çıxış edərək bu qəbildən olan yarışmaların əhəmiyyətindən söz açıb, tədbirin təşkilatçılarına və yarışın iştirakçılarına təşəkkür ediblər. Şagirdlər isə Novruz müəllimə minnətdarlıq bildiriblər.
Kamran Məlikzadə

Şərh Yaz