“Dağ çiçəkləri”

Qayıtmaram

Ta inandım, yad olmuşam,
İnadımı etdim aram.
Təki sənin bəxtin gülsün,
Qoy qan versin mənim yaram.

Ümidinə düşməsin xal,
Sevdiyinə qovuş, kam al.
Təzə eşqin xülyası bal,
Qıyıb səni ayıltmaram.

Süzmə məni soyuq gözlə,
Dur yola sal şirin sözlə.
Vidalaşaq gəl xoş üzlə,
Qorxma bir də qayıtmaram.
Oqtay İsmayıllı

Salam göndərir
(Almaniyada yaşayan qardaşımın övladlarına)

Əziz balalarım, hörmətlə sizə
Cavanşir qalası salam göndərir.
Talıstanın hər qayası, hər daşı,
Hər dağı, talası salam göndərir.

Yaddan çıxarmayın torpağı, eli,
Sevin bu çiçəyi, sevin bu gülü.
Bu doğma ellərin şipşirin dili,
Anamın laylası salam göndərir.

Qaranohur: sonası dağ döşündə,
Ağbulağın ağ cunası başında.
Min ləl yatır torpağında, daşında,
Qızılı, almazı salam göndərir.

Seçilməz göyləri tüldən, aynadan,
Sərin bulaqları qanı qaynadan.
Düzəndə qız kimi örpək oynadan
Qırmızı laləsi salam göndərir.

Səməd Vurğun çıxmayıbdı yadından,
Nazir Ziya od götürüb odundan.
Azərbaycan ellərinin adından
Şirvanın balası salam göndərir.
Nazir Ziya Talıstanlı

Nəyi yetirəcəm

Əllərim üzümdə qalıb,
Qabarı dizimdə qalıb,
Doğrusu özümdə qalıb,
Desəm, nəyi itirəcəm?!

Qapıları bağlı, açıq,
Sünbülləri qılçıq-qılçıq,
Xalısı qalıb yarımçıq,
Toxub, nəyi bitirəcəm?!

Dağlar üstən çəkilib dağ,
Susuz qalıb, quruyub bağ,
Düşüb düyünə doğanaq,
Yığıb, nəyi gətirəcəm?!

Naşısı, namərdi öndə,
Əsil dost yox yaman gündə,
Durmur təndirdə hər kündə,
Közdən nəyi götürəcəm?!

Dolub gözüm bulud, bulud,
Gedib torpaq, itibdi yurd,
Vətənimdə ulayır qurd,
Xalqa nəyi yetirəcəm?!
Murad Məhərrəmov

İnadkar ayaqqabı

Ayaqqabıyla papaq,
O ki,var dalaşdılar.
Kəllə, təpik atdılar
Palçığa bulaşdılar.
Ağız-burnunu sildi,
Gözlərini zillədi,
Ayaqqabı söylədi:
“ Mən hələ innən belə
Г‡oxluca döyüşəcəm.
O papaqla yerimi
Görərsən, dəyişəcəm “
Xalıq Yusifoğlu

Sevinir

Bahar gəlib , ağaclarda
Yarpaq, tumurcuq sevinir.
Hər gün gül üstünə düşən,
Şeh muncuq-muncuq, sevinir.

Gözlərində yeni heyrət,
Oyanıb ana təbiət.
Günəşdən alıb hərarət
Hər ot, hər qılçıq sevinir.

Bağ –“bağçadan çiçək dərim,
Ayağına səpim, sərim.
Xoş gəlmisən, ilham pərim.
Ürəyim açıq, sevinir.
Xatın

Arxadadır

Г‡ox bulanlıq çaylar keçdim,
Daha selim arxadadır.
Saya gəlməz aylar keçdim,
Daha ilim arxadadır.

Necə geyim-kecimdi bu?
Necə paltar seçimdi bu?
Gördüyünüz içimdi bu,
Daha çölüm arxadadır.

Qanadlanıb uçmaq olmur,
Səmaları qucmaq olmur.
O sürətlə qaçmaq olmur,
Daha yelim arxadadır.

Gözümdə tor hörüm-hörüm,
Gəlin mənə yol göstərin.
Bəs Cəbrayıl hanı –“ görüm?!
Mən nə bilim, arxadadır.
Cəbrayıl Hüseyn

Vaxtıdır

Duyulur baharın ilıq nəfəsi,
Günəşin üzlərə gülən vaxtıdır.
Artır ürəklərdə həyat həvəsi,
Kədərin, qüssənin ölən vaxtıdır.

Təbiət sağ çıxmış qardan, borandan,
Min gülüş yüksəlir dağdan, arandan.
Nəğməkar quşların alatorandan,
Yuxunu gözlərdən silən vaxtıdır.

Kimin ki, torpağa var məhəbbəti,
Daim uca tutub halal zəhməti.
Tanrının min dürlü ruzi-neməti,
Əkinçi babayla bölən vaxtıdır.

Xoş bir səfası var əsən yellərin,
Yağan yağışların, açan güllərin.
Dağda əgdahatək coşan sellərin
Dərənin bağrını dələn vaxtıdır.

Südabə də dönüb şeyda bülbülə,
Min nəğmə söyləyir obaya, elə.
Ana təbiəti görüncə belə,
Özünü cənnətdə bilən vaxtıdır.
Südabə Şeyda

Qayıtdı

Ulduztək sayrışa-sayrışa gəldi,
Könlüm sevdalandı, görüşə gəldi.
Г‡içəklər çəmənlə öpüşə gəldi,
Qayıtdı, yazımın gülü qayıtdı.

Daha bilməm nədir həsrət, intizar,
Nədir gözlərdə yaş, dildə ahu-zar.
Canım şəfa tapdı, yox oldu azar,
Qayıtdı, çayımın seli qayıtdı.

Dindi bulaqların şirin nəğməsi,
Yayıldı quşların xoş təranəsi,
Yenə ətirləndi bahar nəfəsi,
Ömrümün ən şirin ili qayıtdı.
Gülxar Cəbiqızı

Qulu müəllim

(Müəllimimin əziz xatirəsinə)

Sən bizə öyrətdin ədəb-ərkanı,
Sən bizə göstərdin yolu, müəllim.
Gözümdə yaradan Tanrıdan sonra
Mən səni saymışam ulu, müəllim.

Ömründən bir gün də keçmədi boşa,
Əməlin, rəftarın hey gəldi xoşa.
Г‡əkmədin zəhməti qaxmadın başa,
Ürəyi sevgiylə dolu müəllim.

Bəxş etdin bizlərə öz həyatını,
Sürdün nura doğru ömür atını.
Düşündün sabahı, dərs saatını,
Yadına salmadan pulu, müəllim.

Aliyə can dostun, o gözəl qadın,
Bizə daddırdınız həyatın dadın.
Bizim qəlbimizdə sənin pak adın
Qaldıqca qalacaq, Qulu müəllim!
Şərqiyyə Balacanlı

Tarix çıxır qarşıma

Dözümlüydüm, nəhrliydim, selliydim,
Özüm nəydim, nəydimsə də, elliydim.
Analıydım, Vətənliydim, dilliydim,
Qurban olum torpağıma, daşıma.

Bağçalıydım, bağatlıydım, bağlıydım,
Aranlıydım, ərənliydim, dağlıydım.
Öz kökümə, öz soyuma bağlıydım,
Qurban olum milyon illik yaşıma.

Əsil məni, nəsil məni itirməz,
Ay-il məni, fəsil məni itirməz.
Tarix bir də belə ölkə yetirməz,
Qızıldan tac qoyulubdu başıma.

Əvəzsizdir, Mövlud Teymur, dağ-daşın,
Nələr çəkmiş dünya görmüş ağ başın?
Məzarıma qoyulunca başdaşım,
Hər addımda tarix çıxır qarşıma.
Mövlud Teymur

Başına daş düşsün

Guya zəmanənin boğazından biz
Əl atıb tutmuşuq yerə sərməyə.
Zaman başımızı elə qatıb ki,
Az qalıb başımız yerə girməyə.

“Zəmanən dağılsın”, – deyə-deyə biz,
Guya dağılacaq, boş qalacaqdır.
“Başına daş düşsün”, – deyə-deyə biz,
Zəmanə başına daş salacaqdır.

İllər əlimizdən elə tutub ki,
Г‡əkir arxasınca bizi quzutək.
Şiti də yeyirik elə şor kimi,
Gah köynək gödəlir, gah da ki, ətək.

Zaman başımıza daş sala-sala,
Susuruq, bir az da zaman ötüşsün.
Bizi bu vərdişə salan zəmanə,
Lap elə başına sənin daş düşsün.
Rüstəm Məbudoğlu

Baş Sarıtel

Anam kimi laylay çalır
Г‡alınanda “Baş Sarıtel“
Sanki dünya ləzzət alır
Г‡alınanda “Baş Sarıtel“

Gecələrin olur Ayı,
Şirinlikdə yoxdur tayı.
Ömrə verir ömür payı
Г‡alınanda “Baş Sarıtel“

Şairin sözü dillənir,
Aşığın sazı dillənir.
Qəlbimdə özü dillənir
Г‡alınanda “Baş Sarıtel“

Dil ballanır, dada düşür,
Ürək yanır, oda düşür.
Keçən günlər yada düşür
Г‡alınanda “Baş Sarıtel“

Xəzinəmdir, qədrin billəm,
Avazına dalıb, ölləm.
Bu dünyaya bir də gəlləm
Г‡alınanda “Baş Sarıtel“
Aidə Gədəbəyli

Harda var

Sən, ey bu dünyanı gəzib, görən dost,
Söylə görüm belə dövran harda var?
Baba dağı uca haqqın ocağı,
Min bir dərdə belə dərman harda var?

İsmayıllı, Qubası sağ, solunda,
Dağ kəlləri cığırında, yolunda.
Maral çəmənində, kəklik kolunda,
Söylə görüm belə orman harda var?

Səlim-Soltan yaylaqların yalıdı,
Bax Əndəyə, sanki xalça-xalıdı.
Cana dərman Burovdalın balıdı,
Söylə görüm belə loğman harda var?

Niyalın zirvəsi məğrur, həm uca,
İnsanlar axışıb gəlir Lahıca.
İsmayıllı layiq ən gözəl taca,
Söylə görüm belə məkan harda var?
Mirəli İsmayıllı
Səhifəni hazırladı: Nazir Ziya Talıstanlı – “Dağ çiçəkləri“ ədəbi məclisinin rəhbəri

Şərh Yaz