Spartakiada başa çatdı

13 aprel -9 may 2015-ci il tarixlərdə İsmayıllı rayon Gənclər və İdman İdarəsi ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Yeniyetmələrin VII Ümumrayon Spartakiadasına daxil olan məktəblilər arasında mini futbol, həndbol, yüngül atletika, şahmat, dama, stolüstü tennis idman növləri üzrə rayon birincilikləri keçirilib. Spartakiada başa çatdıSpartakiada başa çatdı13 aprel -9 may 2015-ci il tarixlərdə İsmayıllı rayon Gənclər və İdman İdarəsi ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Yeniyetmələrin VII Ümumrayon Spartakiadasına daxil olan məktəblilər arasında mini futbol, həndbol, yüngül atletika, şahmat, dama, stolüstü tennis idman növləri üzrə rayon birincilikləri keçirilib.
Tədbiri rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov açıb. O, Ulu öndərin yürütdüyü uğurlu siyasətdən bəhs edərək, gənclərə və idmançılara göstərdiyi diqqət və qayğıdan, verdiyi dəyərdən, bu siyasətin hazırda prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyindən danışıb.
Sonra RİH-nin əməkdaşı Nəsimi Teymurov qalibləri təbrik edib, onlara yeni uğurlar arzulayıb.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Yeniyetmələrin VII Ümumrayon Spartakiadasının bütün növlərində iştirak edərək ən çox xal toplamış şəhər 5 nömrəli tam orta məktəbi VII Ümumrayon Spartakiadasının qalibi olub. II yeri Təzəkənd kənd tam orta məktəbinin, III yeri isə Talıstan kənd tam orta məktəbinin komandası tutub.
Spartakiadada ən çox xal toplamış məktəblilər İsmayıllı rayon Gənclər və İdman İdarəsinin diplom və kubokları ilə təltif ediliblər. Komanda və şəxsi birinciliklərdə hər bir növ üzrə yer tutan şagirdlər və komandalar 9 may 2015-ci il tarixdə Gənclər Mərkəzində keçirilən Yeniyetmələrin VII Ümumrayon Spartakiadasının yekun təltifetmə tədbirində mükafatlarını almışlar.
Taleh Məhərrəmov

Şərh Yaz