Marağa səbəb oldu

Elan olunduğu kimi, hər ayın birinci şənbəsində “Dağ çiçəkləri” ədəbi məclisinin məşğələsi keçirilir. Son məşğələ may ayının 2-də oldu. Uşaq Yaradıcılıq Mərkəzində baş tutan məclisdə gənc yazar Aida Gədəbəyli, Tamam Nur (Tağlabiyanlı), Nailə Yırğançaylı, Xatın, Murad Məhərrəmov, Nazir Ziya (Talıstanlı) və başqaları yeni şeirlərini oxudular. Adəti üzrə məşğələ iştirakçıları oxunan şeirlərə münasibət bildirdilər. Oxunan şeirlərin müzakirəsi zamanı müvəffəq və nöqsan cəhətləri təhlil edildi, müəlliflərə müvafiq məsləhətlər verildi.
Sonda şair Şahməmməd Dağlaroğlu qardaş özbək xalqının tanınmış şairlərinin şeirlərindən Azərbaycan dilinə etdiyi tərcümə nümunələrini oxudu. Şairin bu istiqamətdə də çalışdığını bilən qələm dostları ona uğurlar arzuladılar.
“İsmayıllı xəbərləri”

Şərh Yaz