Qələbənin 70 illiyi ərəfəsində veteranlarla gənclərin görüşü.

Böyük Vətən müharibəsində faşizm üzərində tarixi Qələbənin 70 illiyinin ölkəmizdə də təntənə ilə qeyd olunduğu ərəfədə rayonumuzda da məzmunca zəngin, formaca müxtəlif silsilə tədbirlər həyata keçirilir.Qələbənin 70 illiyi ərəfəsində veteranlarla gənclərin görüşü.20 aprel 2015-ci il tarixdə Rayon İcra Hakimiyyətinin konfrans zalında veteranlarla gənclər təşkilatları nümayəndələrinin birgə yığıncağı olub.
Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov müharibə veteranlarına göstərilən dövlət qayğısından, onların yetişən nəsillərin tərbiyəsində, vətənpərvərlik ruhunda formalaşmasında əvəzsiz rolundan danışıb. Başçı fədakarlıqla döyüşüb qələbəyə çatan şərəfli veteranları Qələbənin 70 illiyi münasibəti ilə təbrik edib. 100 illik ömrün astanasında hələ də kifayət qədər gümrah olan veteranlara hədiyyələr, güllər verilib.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, YAP rayon təşkilatı Gənclər Birliyinin sədri Əsli Süleymanzadə canlarında, yaddaşlarında qanlı-qadalı illərin acısını, xatirələrini gəzdirən qalibləri təbrik edib, onların mərdlik və mübarizliklə yoğurulmuş həyatlarının gənclər üçün örnək olduğunu bildiriblər.
Rayon ağsaqqallar şurasının sədri İnqilab Həsənov, Hərbi Xidmətə Г‡ağırış və Səfərbərlik Xidməti rayon şöbəsinin rəisi Xamis Bədəlov veteranlara xoş arzularını çatdırıb, onları təbrik edib.
Müharibə veteranlarından Bəyi Mirzəyev, Bilal Əliyev, Müsənnif Əhmədov, Abbasəli Abbasov, Niyaz Ağayev minnətdarlığa köklənmiş çıxışlarda arzu və təkliflərini diqqətə çatdırıblar. Г‡ıxış edənlərin hər biri göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıq ifadə edib.
Mirdaməd Sadıqov rayonun sosial-iqtisadi inkişafı ilə bağlı ağsaqqallarla məsləhətləşmələr aparıb. Rayonun gələcək inkişafı istiqamətində onların istək və arzuları ilə maraqlanıb. Rayon veteranlar şurasının sədri Abduləli Əliyev Qələbənin 70 illiyi ilə əlaqədar ətraflı çıxışının sonunda göstərilən dövlət qayğısından razılığını bildirib.
Sonda veteranlarla gənclərin müntəzəm görüşlərinin, qarşılıqlı fəaliyyətlərinin rayonun sosial-iqtisadi, mədəni inkişafı üçün faydalı olacağı qeyd olunub.
“İsmayıllı xəbərləri”
Qələbənin 70 illiyi ərəfəsində veteranlarla gənclərin görüşü.

Şərh Yaz