Г‡empion qızlarla görüş

Г‡empion qızlarla görüşГ‡empion qızlarla görüş2014-2015-ci il mövsümü üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən 13 yaşadək (U-13) qız futbolçulardan ibarət komandalar arasında Azərbaycan çempionatı keçirilib. Г‡empionatda İsmayıllı rayonunun Hacıhətəmli kənd tam orta məktəbinin “Babadağ” komandası bütün rəqiblərinə qalib gələrək çempion adını qazanıb.
Bu münasibətlə aprel ayının 14-də rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov idmançı qızlarla görüşüb. Qazanılan uğurların davamlı olacağına ümidvar olduğunu bildirən RİH başçısı rayonun adına şərəf gətirən məktəbli qızlara qiymətli hədiyyələr təqdim edib.
Görüşdə İcra hakimiyyətinin müavini Sevil Əhmədova , İsmayıllı Futbol Federasiyasının rəhbəri, Rayon Polis Şöbəsinin rəisi Nizami Qocayev, Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, Hacıhətəmli kənd tam orta məktəbinin direktoru Nazim Ağakişiyev və məşqçi Ədalət Əhmədov iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı M.Sadıqov çıxış edərək, Azərbaycan artıq dünyada idman ölkəsi kimi tanındığını bildirib. Ölkəmizin paytaxtı Bakı şəhərində birinci Avropa Oyunlarının keçirilməsinin Azərbaycanı bir daha dünyada yenidən tanıdacağını vurğulayıb. Başçı qeyd edib ki, Avropa Oyunlarında 49 ölkəni təmsil edən, 6000-dən çox idmançı mübarizə aparacaqdır.
Г‡ıxış edənlər ölkədə idmana və idmançılara göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə, səmimi qəbul üçün rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqova minnətdarlıqlarını bildiriblər.
“İsmayıllı xəbərləri”
Г‡empion qızlarla görüş

Şərh Yaz