Sərhəd xidməti

Gənc nəsli Vətənə, onun sərhədlərinə hörmət ruhunda tərbiyə etmək, yaradıcı düşünən sağlam gənclər yetişdirmək və onlarda sərhədçi peşəsinə marağı artırmaq məqsədi ilə “Sərhəd” hərbi idman oyunlarının rayon birinciliyinə “Qalacıq” sərhəd zastavasında start verildi.Sərhəd xidmətiHərbi vətənpərvərlik işinin yüksəldilməsi məqsədilə Dövlət Sərhəd Xidmətinin , Təhsil , Gənclər və İdman Nazirliklərinin birgə tədbirlər planına uyğun olaraq sərhədyanı kəndlərdə yerləşən ümumtəhsil məktəblərinin 10-cu sinif şagirdləri arasında hərbi idman oyunu keçirilirdi .
14 aprel 2015 ci il tarixində keçirilən yarışlara Şəki şəhəri “N” saylı hərbi hissə əməkdaşları mayor Əhməd Yusifov, kapitan Elçin Novruzov, Qalacıq kənd zastava rəisi leytenant Türkel Əlisoy, RTŞ-nın metodisti İlham Vahabov, Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Müşfiq Abbasov tərəfindən hakimlik edildi.
İdman yarışına sıra hazırlığı, süni nəzarət iz zolağının yaradılması, kəndirin dartılması, sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrində gizlədilmiş əşyaların tapılması, avtomatın sökülüb yığılması, maneələrin dəf olunması, maskalanma, yaralıya ilkin tibbi yardımın göstərilməsi və onun təxliyyəsi növləri daxil idi. Yekun nəticələrinə görə İstisu kənd tam orta məktəbinin komandası I yerə çıxaraq may ayında Şəki şəhərində keçiriləcək zona yarışlarında İsmayıllı rayonunu təmsil edəcəkdir.
Teleh Məhərrəmov,
Gİİ-nin əməkdaşı

Şərh Yaz