Qələbə sevinci

Kürdəmir rayonunda, aprel ayının 22-də Şirvan zonası üzrə Şamaxı, Qobustan, Ucar, Ağsu, Ağdaş, İsmayıllı, Göyçay, Goranboy, Füzuli rayonlarından olan 10 komanda arasında “Şahin” hərbi-idman oyununun zona mərhələsi keçirilib. Qələbə sevinciOnlar öz qüvvələrini 8 mərhələdə sınayıblar. Birinci yerin sahibi ağdaşlı məktəblilər olub. N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin şagirdlərindən ibarət komanda yüksək əzmkarlıq nümayiş etdirərək ikinci yerə çıxıb. Bu yerə layiq görülən komanda Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıb. Göyçaylı “ Şahin”lər üçüncü yerlə kifayətlənməli olublar
Komandamızın qələbə qazanmasında zəhməti olanları alqışlayır, “Şahin”lərimizi təbrik edir, onlara finalda da qələbə sevinci yaşamağı arzulayırıq.
“İsmayıllı xəbərləri”

Şərh Yaz