Soyqırıma həsr olunmuş filmə baxıldı

30 mart 2015-ci il tarixdə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar İsmayıllı Uşaq Kitabxanasının kino zalında rayon ictimaiyyətinin nümayəndələri və gənclərin iştirakı ilə ermənilərin azərbaycanlılara qarşı törətdikləri qətliamları əks etdirən sənədli filmə baxıldı.Soyqırıma həsr olunmuş filmə baxıldıZaman-zaman mənfur düşmənimiz olan ermənilərin xalqımıza qarşı törətdiyi faciələr filimdə tarixi faktlara söykənən sənədlərlə öz dərin əksini tapmışdı.
Film gəncləri bir daha vətənpərvərliyə, vətən uğrunda mübarizəyə, düşməni daha yaxşı tanımağa yönəltdi. Filmə baxan hər bir İsmayıllı sakini vətən torpaqlarının bütövləşməsi yolunda, Qarabağ uğrunda savaşda öz yerini daha dəqiq gördü.
“İsmayıllı xəbərləri”

Şərh Yaz