Azərbaycanlılara qarşı törədilən vəhşilik

Mart ayının 30-da İsmayıllı Mədəniyyət Sarayında 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib. Azərbaycanlılara qarşı törədilən vəhşilikƏvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, soyqırıma həsr olunmuş sənədli film nümayiş etdirilib.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova bildirib ki, bütün dünya azərbaycanlıları bu vəhşiliyi qınamaqla yanaşı, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına çalışır. Ermənilər tarixin müxtəlif dönəmlərində xalqımıza qarşı düşmənçilik əməlləri törədib.
Dövlət qulluğu veteranı Valeh Salehov, rayon Veteranlar Şurasının sədri Abduləli Əliyev, şəhər 1 nömrəli tam orta məktəbinin tarix müəllimi Təranə Məmmədova, Heydər Əliyev adına İsmayıllı Mədəniyyət Mərkəzinin direktoru Təhmuraz Bayramov çıxış edərək qətliamın tarixinə nəzər salıblar.
Tədbirin sonunda gənc rəssamların mövzuya həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz