Pensiyaçıların sosial müdafiəsi dövlətin diqqət mərkəzindədir

Müsahibimiz Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinin müdiri Kamran Muradovdur:Pensiyaçıların sosial müdafiəsi dövlətin diqqət mərkəzindədirMüsahibimiz Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinin müdiri Kamran Muradovdur:
– Kamran müəllim, hazırda rayonumuzda nə qədər əmək pensiyaçısı var və onların sosial müdafiəsi hansı səviyyədədir?
– 2015-ci ilin 1 aprel tarixinə olan məlumata əsasən rayon üzrə əmək pensiyası alan şəxslərin sayı 13384 nəfərdir. Pensiyaçıların 7947 nəfərini yaşa görə, 4157 nəfərini əlilliyə görə, 1280 nəfərini isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir. Pensiyaçıların sosial müdafiəsinin xüsusi diqqət mərkəzində saxlanmasının nəticəsidir ki, pensiyaların orta aylıq məbləği hər il yüksələn dinamika ilə artmışdır. Rayon üzrə pensiyaların orta aylıq məbləği 1 yanvar 2006-cı il tarixə 25.37 manat olduğu halda, 1 yanvar 2014-cü il tarixə 155.60 manat təşkil edib. Hazırda isə bu rəqəm 157.73 manata çatıb. Yeni sistemin fəaliyyətə başladığı dövrdən hazıradək əmək pensiyalarının baza məbləği 4 dəfə artmışdır. Həmçinin, dövlət başçısının əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə sərəncamlarına əsasən, müvafiq şəxslərin əmək pensiyalarının sığorta hissəsinə ölkədə baş vermiş inflyasiyaya uyğun olaraq pensiyanin sığorta hissəsinin artım məbləğlərinin pensiyaçıların plastik kartlarına köçürülməsi təmin edilmişdir. 2007-ci ildən başlayaraq Azərbaycan Respublikası Prezidenti tərəfindən əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı verilmiş belə sərəncamların sayı artıq 9-a çatıb.
– İsmayıllı rayonu üzrə hər ay əmək pensiyalarının və digər müavinətlərin ödənilməsinə orta hesabla 2 milyon manatdan artıq vəsait xərclənir. Həmin xərclərin 85,5 faizi Dövlət Sosial Müdafiə Fondu hesabına, qalanı isə yerli daxilolmalar hesabına maliyyələşdirilir. Pensiya ödənişlərinin hər ayın 20-dək çatdırılması təmin edilmişdir.
– Pensiyaçıların bəziləri pensiya almaqla bərabər, həm də əmək fəaliyyəti ilə məşğul olur. İşləyən əmək pensiyaçılarının pensiyaları hansı qaydada ödənilir?
– Əmək pensiyaları 3 növdən ibarətdir: yaşa, əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyası. İşləyən əmək pensiyaçılarına əmək pensiyalarının ödənilməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə müvafiq aparılır. İşləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyası baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə olmaqla ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr ərzində qazanılan sığorta hissəsi üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə həmin dövr üzrə sığorta hissəsinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyasının məbləği yenidən hesablanır.
İşləyən əlillərə isə əmək pensiyası himayədə olanlara görə verilən əlavə nəzərə alınmadan, yalnız baza hissəsindən ibarət olmaqla ödənilir. Müşahidələrimiz göstərir ki, bəzi hallarda vətəndaşlar onlara əlilliyə görə pensiya təyinatı aparıldıqdan sonra əmək fəaliyyəti ilə məşğul olur və bu haqda Fondun yerli təşkilatına məlumat vermirlər. Bununla bağlı qeyd etmək istərdim ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yaranarsa, əmək pensiyaçısı və ya işəgötürən Fondun yerli orqanına məlumat verməyə borcludur. Qeyd olunanlara əsasən məlumat verilmədiyi təqdirdə cavabdeh vətəndaşdır.
Ailə başçısını itirməyə görə əmək pensiyası isə işləyib-işləməməsindən asılı olmayaraq vətəndaşa tam məbləğdə ödənilir.
– Vətəndaşlar üçün maraqlı olan bir məsələyə aydınlıq gətirməyinizi istərdik. Ödənilən məcburi dövlət sığorta haqları fərdi hesablarda hansı qaydada yığılır və vətəndaşlar həmin kapitalı birdəfəlik formada əldə edə bilərmi?
– “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların məbləği baza, sığorta və yığım hissələrdən ibarət olmaqla müəyyən edilir. Əmək pensiyalarının baza hissəsi pensiyaçıların sosial müdafiəsinin dövlət təminatı sayılır və bu hissəyə aid olan məbləğ dövlət tərəfindən müəyyənləşdirilir. Sığorta hissəsi fərdi hesabda şərti uçota alınan və real pul kütləsi olmayan pensiya kapitalına əsasən hesablanır. Yığım hisəsi isə fərdi hesabda real olaraq toplanan kapitala görə təyin olunur.
Bəzi hallarda vətəndaşlar pensiyanın sığorta hissəsi ilə yığım hissəsinin anlamını dəyişik salırlar. Bilmək lazımdır ki, pensiyanın sığorta hissəsində yığılan vəsait real pul kütləsi deyil, amma gələcəkdə yığım hissəsi aktivləşdirildikdən sonra sığorta hissəsindəki vəsait real pul kütləsi olacaq. Hazırda sığortaolunanın fərdi hesabında toplanan vəsait şərti olduğundan sığortaolunana yalnız yaşa, əlilliyə və yaxud vəfat etdikdə ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanmasında nəzərə alınır. Yığım hissəsi aktivləşdirildikdən sonra sığortaolunana pensiya təyin edildikdə, yaxud o vəfat etdikdə onun vərəsələri fərdi hesabının yığım hissəsində toplanan vəsaitləri, həmin vəsaitlərin dövriyyəsindən əldə olunan gəlirləri istər birdəfəlik, istərsə də hissə-hissə əldə etmək imkanını qazanacaq.
Yığım sisteminin tətbiqinin əsas özəlliyi ondadır ki, pensiyaların maliyyələşdirilməsi üçün mənbə rolunu vətəndaşın fərdi hesabında toplanan vəsaitlə yanaşı, həm də pensiya aktivlərindən əldə olunan gəlirlər də təşkil edəcək. Yəni, yığım sistemində hər bir şəxsin ödədiyi sosial sığorta haqqı onun fərdi hesabında real toplanır. Bu vəsait düzgün yerləşdirildikdə əlavə gəlir əldə edilməklə özü-özünü artırır, şəxs pensiya yaşına çatdıqdan sonra həmin vəsait hesabına onun pensiyası maliyyələşdirilir. Hazırda pensiyalar baza və sığorta hissəsindən ibarət olmaqla təyin olunur və artırılır. Yığım hissəsi isə hazırda aktiv deyil, onun növbəti mərhələdə islahatlar çərçivəsində fəallaşdırılması məqsədilə zəruri tədbirlər həyata keçirilir.
– Dövlət Sosial Müdafiə Fondu nağdsız hesablaşmaların genişləndirilməsi məqsədilə “Pensiya+” layihəsi keçirir. Bu layihəyə pensiyaçılar arasında maraq yüksəkdirmi?
– Əmək pensiyaçılarının çoxfunksiyalı plastik kartlarından nağdsız ödəniş vasitəsi kimi istifadə etməsinə nail olmaq məqsədilə yaradılmış “Pensiya+” xidmətinin tətbiqinə başlanılıb. Bu xidmət çərçivəsində Azərbaycan Beynəlxalq Bankına məxsus bütün pensiya kartlarının sahibləri üçün aylıq pensiya məbləğində hər ay faizsiz kredit limitindən istifadə imkanı yaradılıb. Pensiyaçılar bu vəsaitdən yalnız nağdsız ödəniş zamanı istifadə edə bilir və buna görə xidmət haqqı tutulmur. Pensiyaçı öz pensiya vəsaitini tam xərclədikdən sonra yenidən kreditdən yararlana bilər. Pensiyaçının kredit limitindən istifadə etdiyi məbləğ borc şəklində tam ödənildikdən sonra kredit limiti yenidən aktivləşir.
– Hazırda Fondun elektron xidmətlərinin təşkili hansı vəziyyətdədir? Pensiyaların təyinatında elektron xidmətlərin rolu necədir?
– Son illər pensiya və müavinətlər sahəsində vətəndaşlara göstərilən elektron xidmətlərin sayı artıb. Fond informasiya kommunikasiya texnologiyalarından istifadə etməklə sığorta pensiya sahəsində bütün mövcud proseslərin avtomatlaşdırılmasını təmin edib. Yəni, həm məcburi dövlət sosial sığorta haqlarının toplanması və fərdi uçotun qurulması, həm pensiyaların məbləğinin hesablanması, həm də onların ödənişi avtomatlaşdırılıb.
Sığorta-pensiya sistemində əhaliyə göstərilən xidmətlərin elektron formada təşkili sahəsində mühüm əhəmiyyət kəsb edən tədbirlər sırasında sığortaolunanların elekton məlumatlandırılması sisteminin və mərkəzləşdirilmiş, avtomatlaşdırlmış qaydada pensiya təyinatının tətbiqi xüsusi qeyd olunmalıdır. Sığortaolunanların elektron məlumatlandırılması sistemi istənilən sığortaolunana Dövlət Sosial Müdafiə Fondu tərəfindən açılan fərdi şəxsi hesabında illər üzrə toplanan pensiya kapitalına nəzarət etmək imkanı yaradır. Bu da sistemdə şəffaflığın daha da artmasına gətirib çıxarmaqla yanaşı, həm işəgötürənlər üzərində ictimai nəzarətin təşkilinə yardım edir, həm də avtomatlaşdırılmış pensiya təminatının reallaşdırılmasını təmin edir. Fondun “Г‡ağrı mərkəzi” vasitəsilə avtomatlaşdırılmış pensiya təyinatı sayəsində pensiya yaşına çatan vətəndaşa 190 nömrəsinə zəng etməklə və yalnız şəxsiyyət vəsiqəsinin nömrəsini təqdim etməklə pensiya təyin edilməsi həyata keçirilir. Vətəndaş pensiyasının məbləği, plastik pensiya kartını ala biləcəyi müvəkkil bank şöbəsinin ünvanı haqqında dərhal məlumatlandırılır. Bütün bu proses cəmi bir neçə dəqiqə vaxt aparır. Burada bir məqamı xüsusi ilə qeyd etmək istərdim ki, müraciət edən bəzi şəxslərə 2006-cı ilədək əmək stajları barədə məlumatları Fondun orqanlarına təqdim etməmələri səbəbindən avtomatlaşdırılmış qaydada pensiya təyin etmək mümkün olmur. Biz bu barədə dəfələrlə məlumat vermişik və bir daha vurğulamaq istərdim ki, buna görə vətəndaşlar öz fərdi hesablarında məlumatların tam əks olunmasında xüsusən maraqlı olmalıdırlar. Onlar fərdi uçot sisteminin tətbiqindən əvvəlki dövrə, yəni 2006-cı ilin yanvarınadək iş stajlarının qeydiyyata alınmasında aktivlik göstərməlidirlər. Г‡ünki avtomatlaşmış pensiya təyinatı yalnız sistemdə qeydiyyata düşmüş elektron göstəricilər əsasında aparılır və təbii ki, əgər müvafiq məlumatlar sistemdə vaxtında öz əksini tapmayıbsa, hesablamalarda onların nəzərə alınması texniki baxımdan imkan xaricindədir. Bu məqsədlə Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsi tərəfindən kifayət qədər maarifləndirmə işi aparılır.
Müsahibəni apardı: Şahməmməd Soltanov

Şərh Yaz