Tarixin acı həqiqətləri

Musa Piriyev adına Tircan kənd tam orta məktəbində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahmud Süleymanov, RİH başçısının Lahıc qəsəbə, Keyvəndi, Minkə, Əhən, Brovdal kənd inzibati ərazi dairələri üzrə nümayəndələri və 120 nəfərə yaxın kənd sakini iştirak edib. Tarixin acı həqiqətləriMəktəbin direktoru İlqar Gərayev, tarix müəllimi Gülyanaq Əliyeva, hərbi rəhbər Mirzalı Abdulov sinif müəllimi Şərafət Yarıyeva və gələn qonaqlar çıxış edərək erməni daşnaklarının ərazidə dinc sakinlərə qarşı etdikləri vəhşilik və amansızlıqlardan, onların kütləvi surətdə qətlə yetirilmələrindən danışıblar.
Г‡ıxış edənlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və onların tarixi düşmənlərimiz olan ermənilərə qarşı mübarizliyinin artırılması üçün tarixi faktlara istinad edərək acı həqiqətləri dilə gətiriblər.
Şagirdlərin hazırladığı kompozisiyalar tarixin acı həqiqətlərini əks etdirib. Tədbirdə torpağa, qəhrəmanlığa həsr olunmuş şeirlər dinlənilib. Sonda soyqırımla bağlı videoçarx nümayiş etdirilib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz