Enerji və ətraf mühit

Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə müasirlikdir, yenilikdir, ekoloji cəhətdən
təmiz texnologiyadır. Bu, gələcəyə baxışımızdır.
İlham Əliyev,
Enerji və ətraf mühitAzərbaycan Respublikasının PrezidentiEnerji bir neçə milyon il bundan qabaq, insanlar oddan istifadə etməyə başlayarkən yaranmışdır. Od insanlara istilik və işıq vermiş, ilham və inam mənbəyi olmuş, düşmənlərə və vəhşi heyvanlara qarşı silah kimi istifadə edilmişdir.
Bəşəriyyətin enerjiyə ehtiyacı gündən-günə artır. Lakin təbii yanacaq ehtiyatları, neft, kömür, qaz tükənməkdədir. Müasir dövrdə inkişaf edən sənaye enerjinin ən əsas istehlakçısıdır. Hesablamalara görə indiki şəraitdə kömür ehtiyatı təxminən 270 ilə, neft 35-40 ilə, qaz isə 50-100 ilə tükənəcəkdir.
Təmiz və zəngin enerjinin çatışmazlığı, müxtəlif münaqişələr, ətraf mühitlə bağlı problemlər və yoxsulluğun artması kimi nəticələr vermişdir. Dünyada təxminən 1,6 milyard insanın elektrik enerjisinə çıxışı yoxdur. Hər il dünyada milyardlarla litr benzin yol tıxaclarında boş boşuna sərf olunur 2,4 milyard insan yemək bişirmək və isinmək üçün ənənəvi biokütlədən istifadə edir ki, bu da meşələrin kütləvi məhvinə səbəb olur.
Bu gün bəşəriyyət öz həyatını əldə etdiyi texniki nailiyyətlərsiz təsəvvür edə bilmir. Daim artan böyük miqyasda enerji hasilatı planetimizin ekoloji vəziyyətinə təsir edir. İstilik-elektrik stansiyalarının tullantıları əsasən karbon qazından (C02) ibarətdir ki, bu da parnik effekti yaradır və iqlimin qlobal qızmasına səbəb olur.
Son vaxtlar energetik resursların hasil edilməsi, işlənməsi, nəqli və saxlanması ilə əlaqədar ekoloji problemlər artır.
80-cı illərin ortalarına qədər üzvi yanacaq işlədən energetikaya dinamik inkişaf edən atom energetikası əsas alternativ sayılırdı. Lakin Atom Elektrik Stansiyalarının təhlükəsiz istismarının təmin edilməsi, radioativ tullantılara təhlükəsiz rəftar üzrə bir sıra həll edilməmiş problemlərin təsiri altında, atom enerji bloklarının tikilməsinin bahalaşması və uzun müddət tələb etməsi ilə əlaqədar olaraq, eləcə də atom energetikasına qarşı bir çox ölkələrdə ictimai müxalifətin varlığına görə onun inkişaf tempi aşağı düşdü. Bir çox təhlükə doğuran mühəndis problemləri həll olunmadığına görə üzvi yanacağa ən münasib alternativ, qeyri-ənənəvi bərpa olunan enerji mənbələridir.
Proqnozlara görə yaxın 15-20 il ərzində bərpa olunan enerji mənbələri dünya energetika balansında əhəmiyyətli yer tutmalı, tükənməkdə olan üzvi yanacaq ehtiyatlarının qismən əvəzlənməsini və ətraf mühitin ekoloji sağlamlaşdırılmasını təmin etməlidir.
Beləliklə, qazma üsulu ilə edilən bərpa olunmayan enerji mənbələrindən – neft, qaz, kömür və müəyyən dərəcədə radioaktiv yanacaqdan asan əldə edilən daha yüksək ekoloji keyfiyyətli məhsullara keçid labüddür. Qeyd etdiyimiz bu səbəblər alternativ enerji mənbələrinin mənimsənilməsinin vacibliyini ön plana çəkir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev alternativ və bərpa olunan enerji mənbələrindən istifadə məsələlərini dövlət siyasətinə çevirməklə bu sahəni prioritet vəzifə kimi irəli sürmüşdür. Respublikamızda mövcud olan potensial alternativ və bərpa olunan enerji mənbələrini istismara cəlb etməklə, ölkənin enerji resurslarından istifadənin səmərəliliyini yüksəltmək məqsədilə 2004-cü il 21 oktyabr tarixli, 462 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramını təsdiq edilmişdir.
Azərbaycan həm də Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinə üzv qəbul edilmişdir.
Dövlət Proqramının məqsədi ölkənin təbii potensialından istifadə etməklə bərpa olunan və ekoloji cəhətdən təmiz mənbələrdən enerji istehsalını genişləndirməkdən və karbohidrogen enerji resurslarından daha səmərəli istifadə edilməsini təmin etməkdən ibarətdir. Dövlət Proqramının əsas vəzifələri aşağıdakılardır:
пЃ® elektrik enerjisinin istehsalında alternativ (bərpa olunan) enerji mənbələrinin potensialını müəyyənləşdirmək;
пЃ® bərpa olunan enerji mənbələrini istismara cəlb etməklə, ölkənin enerji resurslsrından istifadənin səmərəliliyini yüksəltmək;
пЃ® yeni enerji sahələrinin yaradılması hesabına əlavə iş yerlərinin açılmasını təmin etmək;
пЃ® Azərbaycan Respublikasında ənənəvi enerji mənbələrinin mövcud ümumi gücü nəzərə alınmaqla, alternativ enerji mənbələrinin hesabına enerji gücünün artırılması və bununla da ölkənin enerji təhlükəsizliyinin təminatının yüksəldilməsinə nail olmaq.
1 fevral 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Ağentliyinin yaradılması da qeyd edilən vəzifələrin yerinə yetirilməsinə xidmət edir.
Respublikamızda alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə
dövlət siyasətinin müəllifi olan prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi ilə bağlı bir sıra mühüm işlər görülmüşdür. 2011-ci il sentyabrın 13-də prezident İlham Əliyevin iştirakı ilə Qobustan Eksperimental Mərkəzinin və 24 aprel 2012-ci ildə Dövlət Proqramı çərçivəsində Sumqayıtda inşa olunan “Azgüntex” zavodunun açılışı olmuşdur.
Dünya alimləri belə bir nəticəyə gəlmişlər ki, bərpa olunan enerji mənbələri bəşəriyyətin qarşısında qoyulan üç qlobal problemin həllində əhəmiyyətli rol oynayır. Bunlar energetika, ekologiya və qida mənbələridir.
Alternativ və bərpa olunan enerji sahələri haqqında biliklərə hər bir uşaq, yeniyetmə, gənc, icma üzvü yiyələnməlidir. Bu məqsədlə onlar arasında geniş maarifləndirmə işi aparılmalıdır. Bu yazının hazırlanmasında da məqsədim bərpa olunmayan və bərpa olunan enerji resursları haqqında onları məlumatlandırmaqla yanaşı məktəblilərin, gənclərin, əhalinin ətraf mühitin mühafizəsi ilə əlaqəli ekoloji biliklərə yiyələnmələrinə nail olmaqdır.
Bərpa olunan enerji mənbələrindən su enerjisi, günəş enerjisi, külək enerjisi, geotermal enerji, hidrogen enerjisi, bio-kütlə enerjisi dünyanı bir çox inkişaf etmiş ölkələrində geniş istifadə olunmaqdadır. Gələcəyin enerjisi hesab edilən alternativ və bərpa olunan enerji mənbələrinin istifadəsi ətraf mühitin və təbii sərvətlərin qorunmasına şərait yaratmaqla bərabər, iqtisadi, sosial və ekoloji cəhətdən davamlı inkişafa zəmanət verir.
Məktəblərdə “Enerji və ətraf mühit” dərnəklərinin fəaliyyət göstərməsi dövrün tələbidir. Bu dərnəyin əsas məqsədi məktəblilərə dünyanın və ölkəmizin enerji ehtiyatları, bərpa olunan və olunmayan təbii sərvətlər haqqında ətraflı məlumat vermək, onlarda alternativ və bərpa olunan enerji mənbələrinin istifadəsinə dair xüsusi bilik və bacarıqları, ətraf mühitin qorunması üçün ekoloji məsuliyyəti və mədəniyyəti formalaşdırılmaqdan ibarətdir. Dərnəyin əsas vəzifələri şagirdlərdə bərpa olunmayan enerji mənbələrinin istifadəsinin ətraf mühitə təsiri barədə anlayış yaratmaq, təbii proseslərin müstəqil öyrənilməsinin, tədqiqatçılıq fəaliyyətinə maraq və həvəs oyatmaq, fəal həyat mövqeyinin, analitik düşüncə tərzinin və təbiətdə düzgün davranış tərzinin formalaşmasına nail olmaqdır.
Dərnək məşğələlərində məktəblilər qlobal ekoloji problemlər, təbii ehtiyatların tükənməsinin səbəbləri, ekoloji problemlərin həlli yolları, təbii sərvətlərin səmərəli istifadəsi, məişət tullantılarının təkrar emalı üsulları, meşələrin qlobal əhəmiyyəti, meşələrin qorunmasında alternativ və bərpa olunan enerji mənbələrinin əhəmiyyəti, çayların enerji mənbəyi kimi, içməli su mənbələrinin səmərəli istifadəsi, torpaqların çirklənməsinin qarşısının alınması, neft və qaz istehsalının havanın çirkləndirilməsinə təsiri öyrədilməklə yanaşı, elektrik, istilik enerjisinə, içməli suya qənaət vərdişlərinə də yiyələnmələridir.
Məktəblərdə alternativ və bərpa olunan enerji üzrə V-VIII sinif şagirdləri ilə viktorinalar, rəsm, plakat və foto müsabiqələri, ekoloji səhnəciklər, inşa müsabiqələri, IX-XI sinif şagirdləri ilə isə breyn-rinqlər, müzakirələr, yaradıcılıq sərgiləri, konfranslar, enerjiyə qənaət aylıqları və digər tədbirlər təşkil oluna bilər. Keçirilən tədbirlərdə enerji ehtiyatlarının səmərəli istifadəsi, elektrik və su sərfiyyatına nəzarət, bu sahədə görülən işlərin şagirdlər, ailə və məktəb üçün əhəmiyyəti xüsusi olaraq nəzərə alınmalıdır. Kütləvi ekoloji tədbirlər tədris prosesinin bütün tərkib hissəsini əhatə etməlidir.
Məktəblilərlə aşağıdakı mövzularda tədbirlərin keçirilməsi tövsiyə olunur.
– “Ailəmiz enerjiyə qənaət edir” rəsm müsabiqəsi;
– “Evimizdə istiliyi qoruyaq” ekoloji viktorina;
– “Bərpa olunan enerji gələcəyin energetikasıdır” plakat müsabiqəsi;
– “Su həyatdır”, içməli suya qənaət aylığı;
– Alternativ və bərpa olunan enerji mənbələrinə aid inşa müsabiqəsi;
– Alternativ və bərpa olunan enerjinin istifadəsinə həsr olunmuş ekskursiyalar;
– Suyun qızdırılmasına sərf olunan enerjinin hesablanması;
Tədbirlər barədə şagirdlər öncədən məlumatlandırılmalı və məktəblilərin iştirakı ilə yekunlaşdırılmalıdır.
Bərpa olunan mənbələrin mühüm xüsusiyyəti ondan ibarətdir ki, onlar öz təbii halında planetimizin enerji (istilik) balansında (tarazlığında) iştirak edirlər və ona görə də insanın onlardan istifadəsi (uyğun ekoloji təmiz texnologiya yaratmaq şərti ilə) bu balansı pozmayacaqdır. Bu da öz növbəsində, enerji istehlakı səviyyəsini istənilən qədər, sənayeləşdirilmiş cəmiyyətin inkişaf mərhələsinin tələbinə müvafiq dərəcədə yüksəldilməsinə imkan verəcəkdir. Təbiət qanunları istismara dözmür.
2015-ci il BMT tərəfindən Beynəlxalq İşıq və Texnologiyalar ili elan edilmişdir. BMT-nin təşəbbüsü ilə həyata keçirilən bu tədbir optik texnologiyanın davamlı inkişafı üçün əhəmiyyəti energetika təhsil, kənd təsərrüfatı, rabitə və sağlamlıq sahəsində problemlərin həllini təmin edərək vətəndaşların işığın əhəmiyyəti barədə məlumatını artırır, bu beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə həyata keçirilir. Layihədə 85 ölkədən 100 təşkilat iştirak edir.
Beynəlxalq İşıq və İşıq Texnologiyaları ili ilə əlaqədar məktəblilərlə müxtəlif tədbirlərin, müsabiqələrin, viktorinaların, bilik yarışlarının keçirilməsi planlaşdırılmışdır.
Bizim hər birimizin borcu bərpa olunmayan enerjidən qənaətlə istifadə etməklə yanaşı, həm də ətraf mühitə mənfi təsirinin azaldılmasına nail olmaqdır.
Yaşar Nuriyev,
İsmayıllı rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru

Şərh Yaz