Yaddas kitabcasi

Qoyunçuluq üzrə fermer, özəl – damazlıq və ailə təsərrüfatlarında yun qırxımının mütəşəkkil keçirilməsi ilə əlaqədar məsləhət və tövsiyələr

Davarların qırxım müddəti onun cinsindən, yetişdirildiyi yerin təbii iqlim və təsərrüfat şəraitindən asılı olaraq təyin edilir. Г‡ox isti olan və istilər erkən düşən regionlarda qoyunlar aprel ayının sonu və ya mayın əvvəlində qırxılmalıdır. Г‡ünki havalar çox qızdıqda bu vəziyyət qoyunlara pis təsir edir, heyvan pis otlayır, arıqlayır, südü azalır. Yun qırxımı gecikdikdə isə yunun keyfiyyəti pisləşir. Belə ki, bu zaman yunda qiymətli yun teli sayılan tiftik tökülür və nəticədə yun itkisi artır.
Qoyunçuluq üzrə fermer, özəl - damazlıq və ailə təsərrüfatlarında yun qırxımının mütəşəkkil keçirilməsi ilə əlaqədar məsləhət və tövsiyələrOdur ki, davarların vaxtında və itkisiz qırxılması üçün aşağıda qeyd olunan məsləhət və tövsiyələrin nəzərə alınması məqsədə müvafiqdir.
– Təsərrüfatda qırxılacaq qoyunların baş sayına uyğun olaraq qırxım qrafiki tərtib edilməlidir. (qırxımın yeri, başlanması, qurtarması və s.)
– Qırxımdan 7-10 gün əvvəl zoobaytar işçiləri tərəfindən sürülər nəzərdən keçirilməli, hər bir sürü üçün qırxım günü təyin edilməlidir.
– Əvvəlcə qabayunlu qoyunlar, sonra mələzlər və axırda merinos qoyunlar qırxılmalıdır.
– Qotur və xəstə qoyunlar sağlam heyvanlardan ayrılmalı xüsusi ayrılmış yerlərdə qırxılmalı və onların yunu 5 faizli karbol turşusu, kreolinlə (Neosidol) dezinfeksiya edildikdən sonra qablaşdırılmalıdır.
– Qoyunlar ac qarına qırxılmalı, qırxım elə təşkil olunmalıdır ki, hər sürüdə 7-8 saat müddətində qurtarsın.
– Yunu mümkün qədər dibdən qırxmaq toza, sidiyə, peyinə bulamamaq və davarlarla ehtiyatlı rəftar etmək lazımdır.
– Əl üsulu ilə qırxımda itkiyə yol verildiyi üçün qoyunlar əsasən maşınla qırxılmalıdır.
– Qırxım zamanı hər qoyundan qırxılan yunun miqdarı (fərdi qaydada) uçota alınmalıdır.
– Qırxılan yunun təmizliyi, rəngi, uzunluğu, nazikliyi, yağ-tərin miqdarı və. s standarta görə nəzərə alınmalıdır.
– Qiymətləndirildikdən sonra yunu normal qaydada büküb siniflərə görə ayrı-ayrı xarallara doldurmalı, xaralın üstü yazılmalıdır.
– Yun quru binada saxlanmalı, nəql edildikdə isə yağışdan qorumaq üçün üstü örtülməlidir.
– Qırxım zamanı birka nömrəsi olmayan davarlarda birkalanma və ya tatirovka aparılmalı, ayrı-ayrı qruplar üzrə lazımi dəqiqləşdirmələr aparılmalıdır.
– İri fermer və ya özəl –“ damazlıq təsərrüfatlarında heyvanların kompleks əlamətlərinə görə qiymətləndirilməsi (bonitrovka) aparılmalıdır.
– Qırxımdan dərhal sonra Kreolin və ya Neosidolla çimizdirmə aparılmalıdır.
– Törədici qoçlar ayrılaraq qrafik əsasında yemləndirilməli , onlardan qan alınaraq yoluxucu xəstəliklərə qarşı yoxlanılmalıdır.
– Yüksək məhsuldar və sağlam törədici qoçlar xüsusi qrafik əsasında istifadə olunmalı və hər 25-30 baş qoyuna bir baş törədici təhkim olunaraq cütləşmə kompaniyasının bir aydan gec olmayaraq başa çatdırılması təmin olunmalıdır. Cütləşmədə istifadə olunan törədici qoçlar hər 2 ildən bir dəyişdirilməlidir.
Vidadi Bayramov,
Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın inkişafı şöbəsinin baş məsləhətçisi

Şərh Yaz