Məqsəd istedadları araşdırmaqdır

Aprel ayının 11-də İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbində AMEA Gənc Alim və Mütəxəssislər Şurası Bilik Fondu ilə birgə məktəblərarası “Riyazi məntiq” adlı olimpiada keçirilib.Məqsəd istedadları araşdırmaqdırTədbiri giriş sözü ilə İsmayıllı rayon İcra hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov açıb. Bu qəbildən olan yarışların mahiyyəti barədə məlumatdan sonra o, RİH başçısı Mirdaməd Sadıqovun adından tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov tədbirin mahiyyətindən danışıb. Bu gün müsabiqədə iştirak edən şagirdlərdən kimlərinsə, peşəkar seçimində Akademiyaya üstünlük verəcəyini və gənc alim adını şərəflə daşımağa üstünlük verəcəyinə əminliyini bildirib.
Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun İsmayıllı rayonu üzrə nümayəndəsi, şəhər 5 nömrəli tam orta məktəbinin direktoru Elçin Məmmədov qonaqları salamlayıb və müsabiqə iştirakçılarına uğurlar arzulayıb.
Bilik Fondunun “İnformasiya təminatı” sektorunun müdiri Xatirə Hüseynova keçirilən yarışların məqsədindən danışıb Bildirib ki, Azərbaycan təhsilinin dinamik inkişafına töhfə vermək, istedadlı gəncləri aşkarlamaqla istiqamətləndirmək layihədə önəm kəsb edir.
Müsabiqə şəhərin 1, 3, 5, 6, 7, Cülyan və Təzəkənd kənd tam orta məktəblərinin IX-XI siniflərindən təşkil olunmuş komandalar arasında üç mərhələdə keçirilib.
İxtisaslı alimlərdən təşkil olunmuş münsiflər heyəti tərəfindən məktəblilərin riyazi bilikləri qiymətləndirilib.
Müsabiqədə şəhər 1 nömrəli tam orta məktəbinin komandası qalib olub. İkinci yeri yarışa ev sahibliyi edən şəhər 5 nömrəli məktəbin komandası qazanıb. Üçüncü yerin sevincini Təzəkənd kənd tam orta məktəbinin şagirdləri yaşayıb.
Qaliblərə təşkilatçılar tərəfindən hədiyyə, diplom və sertifikatlar verilib.
Ş.SoltanovMəqsəd istedadları araşdırmaqdır

Şərh Yaz