İntellektual bilik yarışması

11 aprel 2015-ci il tarixdə İsmayıllı şəhər 3 saylı məktəb-liseydə İsmayıllı rayon Gənclər və İdman İdarəsi, İsmayıllı İntellektual Oyunlar klubu və YAP Gənclər Birliyinin birgə təşkilatçılığı ilə faşizm üzərində Qələbənin 70 illiyi münasibətilə “Breyn-rinq” intellektual bilik yarışmasının “İsmayıllı Kuboku” adlı rayon birinciliyi keçirilib. İntellektual bilik yarışmasıTədbiri 3 saylı məktəb-liseyin direktoru Əhmədağa Ələkbərov açıb . Rayon Gənclər və İdman İdarəsini rəisi Taleh Salehov tədbir iştirakçılarını salamlayıb, ölkədə gənclərə və idmançılara göstərilən diqqət və qayğıdan danışıb.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda 18 komanda biliyini sınayıb. Birinci yeri qazanaraq İsmayıllı kubokuna Ruşan kənd tam orta məktəbinin “Şəfəq” komandası sahib olub. ikinci yeri İDHTK-nin “Aktivlər” komandası, üçüncü yeri şəhər 2 nömrəli tam orta məktəbin eyni adlı komandası tutub. Birinci yerin qalibinə kubok və diplom təqdim olunub. İkinci və üçüncü yerləri tutan komandalara isə Gənclər və İdman İdarəsi tərəfindən qiymətli hədiyyə və diplomlar verilib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz