Əsərlərin müzakirəsi

“Hökmdar və qızı”İsmayılı şəhər 5 nömrəli tam orta məktəbində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Qiraət istirahətdir” layihəsi çərçivəsində məktəbin ədəbiyyat müəllimləri Yasəmən Ağayeva və Günay Rüstəmova, kitabxanaçılar Afər İbrahimova və Arzu Babayevanın yaxından köməyi ilə IX A və IX B sinif şagirdləri İlyas Əfəndiyevin əsərinin müzakirəsini keçiriblər. Müzakirədə Bilik fondunun İsmayıllı rayonu üzrə təmsilçisi Elçin Məmmədov və İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti Nəriman Qəniyev də iştirak edib. Yazıçının həyat və yaradıcılığına həsr olunmuş bülleten, kitablarından ibarət sərgi və əsərinə çəkilmiş rəsm əsərləri hamının marağına səbəb olub.
İlyas Əfəndiyevin həyat və fəaliyyətini əks etdirən video çarxın nümayişindən sonra məktəbin şagirdləri əsərindən səhnələşdirilmiş parçalar nümayiş etdiriblər.
N.Qəniyev tədbirdə çıxış edərək şagirdlərin dünyagörüşünün formalaşmasında mütaliənin böyük rolu olduğunu söyləyib.
Məktəbin direktoru Bilik Fondunun İsmayıllı rayon üzrə təmsilçisi Elçin Məmmədov tədbiri ərsəyə gətirənlərə təşəkkürünü bildirib, mütaliənin insanın həyatında, dünyagörüşündə böyük rol oynadığını diqqətə çatdırıb. Tariximizi öyrənmək baxımından İ.Əfəndiyevin əsərlərinin böyük rolu olduğunu qeyd edib.

“Qorxulu nağıllar”

Mütaliə mədəniyyətinin genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Könüllülər birliyi “Qiraət istirahətdir” layihəsi çərçivəsində tədbirlərini davam etdirir. Növbəti tədbirlərdən biri Xankəndi kənd tam orta məktəbində bu sətirlərin müəllifi, Azərbaycan dili və ədəbiyyatı müəllimi Turac Ağayevanın təşəbbüsü ilə baş tutub. Bilik fondunun təqdimatı əsasında Süleyman Sani Axundovun “Qorxulu nağıllar”ının müzakirəsi keçirilib.
Tədbiri açan T.Ağayeva S.S.Axundov haqqında qısa məlumat vermişdir. O qeyd edib ki, maarifpərvər yazıçı S.S.Axundov ictimai və ədəbi fəaliyyəti ilə böyük demokrat, yorulmaz maarifçi, istedadlı yazıçı kimi XX əsr Azərbaycan ədəbiyyatı tarixində şöhrət qazanmışdır. Azərbaycan uşaq ədəbiyyatının formalaşmasında onun “Qorxulu nağıllar” silsiləsində yazdığı “Əhməd və Məleykə”, “Abbas və Zeynəb”, “Nurəddin”, “Qaraca qız”, “Əşrəf” hekayələri mühüm yer tutur.
Tədbirdə şagirdlərin nağıllara çəkdiyi illüstrasiyalardan təşkil olunmuş sərgi nümayiş etdirilib. “Əhməd və Məleykə” nağılının video çarxı hamının marağına səbəb olub.
Şagirdlərin “Qaraca qız” hekayəsindən səhnələşdirdikləri parçalar alqışlarla qarşılanıb.
Sevindirici haldır ki, böyüməkdə olan nəsil ədəbiyyatımıza, onun görkəmli simalarına böyük ehtiram və maraq göstərirlər.
Kitab müzakirəsinin sonunda məktəbin direktoru Rauf Adıgözəlov tədbirin keçirilməsində əməyi olanlara təşəkkürünü bildirib.
T.Ağayeva,
Xankəndi kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi

Şərh Yaz