“Ümumdünya Əməyin Mühafizəsi Günü” qeyd edilib

ATİAHİ İsmayıllı RK-də “Ümumdünya Əməyin Mühafizəsi (28 aprel) Günü” nün keçirilməsi ilə əlaqədar AHİK-in tövsiyəsinə əsasən “Əməyin mühafizəsi profilaktikası mədəniyyətini birgə yüksəldək” mövzusunda təhsil müəssisələrinin rəhbərləri, həmkarlar ittifaqı sədrləri, əməyin mühafizəsi komissiyasının sədrləri və əmək müvəkkilləri ilə birgə geniş seminar-müşavirə keçirildi.“Ümumdünya Əməyin Mühafizəsi Günü” qeyd edilibMüşavirədə təhsil müəssisələrində qış mövsümündə əməyin mühafizəsi ilə əlaqədar yaranmış problemlərin həlli və mövcud nöqsanların aradan qaldırılması məsələləri müzakirə edildi. Qaz xətlərində təzyiqin az olması ilə əlaqədar şəhər 1, 3, 7 nömrəli tam orta məktəblərində isitmə sistemlərinin normal işləmədiyi bildirildi. Qalacıq və Xanagah kəndlərində isə elektrik enerjisinin fasilələrlə verilməsi isitmə sistemlərinin normal işləməsinə maneçilik yaradıb. Bu nöqsanları əmək müvəkkilləri yoxlamalar aparmaqla aşkarlamış və müvafiq orqanlara xəbərdarlıq etməklə problemləri vaxtında həllinə nail olunub.
Müşavirədə təhsil müəssisələri arasında “Əməyin mühafizəsi” devizi altında baxış müsabiqənin keçirildiyini və qaliblərin ATİAHİ İsmayıllı RK-i tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırıldığı da vurğulanıb.
Keçən il baxış müsabiqənin qalibi olmuş şəhər 3 nömrəli tam orta məktəb-liseyi Respublika baxış müsabiqəsində iştirak etmiş və Fəxri fərmana layiq görülüb. Əməyin mühafizəsi üzrə baxış müsabiqənin qalibi olan şəhər 3 nömrəli tam orta məktəb-liseyə ATİAHİ Respublika Komitəsinin Fəxri fərmanı və pul mükafatı təqdim olunub.
Seminar müşavirədə təhsil müəssisələrində müasir tipli istilik sistemlərinin normal işləməsi üçün mərkəzləşdirilmiş şəkildə mütəxəssis ştatlarının yaradılması haqqında yuxarı orqanlara təkliflər verilməsi qərar qəbul olunub.
Hafiz Kərimov,
ATİAHİ İsmayıllı RK-nin sədri

Şərh Yaz