Maarifləndirmə işi aparılır

Azərbaycan Respublikası Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Məktəblilərin Media Akademiyası” adlı layihəsi “Yeni Həyat Humanitar və Sosial Dayaq” ictimai birliyi tərəfindən İsmayıllı rayonunda həyata keçirilir. Layihənin məqsədi gənclərin internetdən düzgün istifadəsi yönümündə geniş maarifləndirmə işləri aparmaqdır. Maarifləndirmə işi aparılırAprel ayının 8-də baş tutan tədbirdə İsmayıllı rayonu İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov iştirak və çıxış ediblər. İsmayıllı şəhər məktəblərinin yuxarı sinif şagirdləri ilə bərabər Rayon Təhsil Şöbəsi, rayon İcra Hakimiyyəti yanında Ailə qadın və uşaq problemləri üzrə şöbəsinin nümayəndələri iştirak ediblər.
İctimai birliyin təlimçiləri layihənin icrası üçün yaradılan şəraitə, onlara göstərilən diqqətə görə təşəkkür etməklə, İsmayıllının inkişafından, məktəblilərin intellektual səviyyəsindən razılıq ediblər.
Təlimin ikinci günü “Gənclərin fəlsəfə məktəbi” mövzusuna həsr olunub. Şagirdlər keçirilən təlimlərin faydalı olduğunu bildiriblər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz