Növbəti məşğələ keçirildi

Həmişəki kimi “Dağ çiçəkləri” ədəbi məclisinin növbəti məşğələsi keçirilmişdir.Növbəti məşğələ keçirildiRayon gənclər mərkəzində baş tutmuş məclisdə xeyli yazar iştirak etmişdir. Südabə Şeyda, Aidə Gədəbəyli, Tamam Nur (Tağlabiyanlı), Xalıq Yusifoğlu, Oqtay İsmayıllı, Rüstəm Məbudoğlu, Nailə Yırğançaylı, Mirəli İsmayıllı və başqaları öz yeni şeirlərini oxumuşlar. “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru, şair Şahməmməd Dağlaroğlu və ədəbi məclisin rəhbəri Nazir Ziya Talıstanlı, həmçinin digər dinləyicilər oxunan şeirlər haqqında məsləhətlərini vermiş, rəy və təkliflərini bildirmişlər. Məclisdə bəyənilmiş şeirlər qəzetimizin növbəti nömrələrində dərc ediləcəkdir.
“İsmayıllı xəbərləri”

Şərh Yaz