Bildiriş-məlumat

Hörmətli vergi ödəyicisi!Bildiriş-məlumatƏgər Siz sahibkarlıq fəaliyyəti göstərmək məqsədilə hər hansı obyekti icarəyə götürüb fəaliyyət göstərirsinizsə, o halda həmin obyektin sahibi ilə icarə müqaviləsi bağlanmalıdır.
Vergi inzibatçılığı məqsədləri üçün hüquqi şəxslə hüquqi şəxs arasında bağlanmış icarə müqaviləsi istisna olmaqla, digər şəxslər arasında bağlanmış icarə müqavilələri notarial qaydada təsdiq olunmalıdır.
Ödəmə mənbəyində icarə məbləğindən vergini tutan şəxslər ödənilən icarə məbləğindən 14% dərəcə ilə vergini tutaraq gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməli və “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”ni vergi orqanına təqdim etməlidirlər.
Xatırladırıq ki, vergi qanunvericiliyinin pozulmasına görə gəliri ödəyən hüquqi və fiziki şəxslərə Vergi Məcəlləsi ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir.
Əlavə məlumat almaq üçün Vergi ödəyicilərinə xidmət mərkəzlərinə və Vergilər Nazirliyinin “195” Г‡ağrı Mərkəzinə müraciət edə bilərsiniz.
Vergilər Nazirliyi
Bildiriş-məlumat
Bildiriş-məlumat

Şərh Yaz