İsrailin Azərbaycandakı Səfiri İsmayıllıda

12 mart 2015-ci il tarixdə İsrailin Azərbaycandakı Fövqəladə və Fəlahiyyətli səfiri Rafael Harpaz xanımı ilə bərabər İsmayıllı rayonuna səfər edib. Səfir İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovla görüşüb.İsrailin Azərbaycandakı Səfiri İsmayıllıdaQonaqları qəbul edib salamlayan RİH başçısı onlara İsmayıllının tarixi, mədəniyyəti, təhsili, iqtisadiyyatı, flora-faunası, əhalinin milli tərkibi, məşğuliyyəti və digər sahələr haqqında ətraflı məlumat verib.
Görüş zamanı hər iki tərəfi maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb, iki ölkə arasında texnologiya, telekommunikasiya, kənd təsərrüfatı, səhiyyə, turizm sahələrindəki uğurlu əməkdaşlıq barədə söhbət gedib.
Səfir Rafael Harpaz Azərbaycanda tolerantlığın bütün dünya xalqları və ölkələri üçün nümunə ola biləcək səviyyədə olduğundan razılıqla danışıb. Prezident İlham Əliyevin digər sahələrə olduğu kimi, milli məsələlərə də yüksək səviyyədə yanaşmasının İsrail dövləti və vətəndaşları tərəfindən bəyənildiyini vurğulayıb. Münasibətlərin daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Görüşdən sonra qonaqlar Lahıc qəsəbəsi və İvanovka kəndinə tanışlıq səfəri ediblər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz