İlk dəfə təbii qaz verildi

Mart ayının 13-də İsmayıllı şəhərinin Böyükmərc məhəlləsinə və Kökəltmə adlanan yaşayış məntəqəsinə ilk dəfə olaraq təbii qaz verilib. Bu münasibətlə keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.Bildirilib ki, ümumilikdə 105 abonenti olan yaşayış məntəqələrinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 12730 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 105 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev başda olmaqla işin icrasında zəhməti olanlara minnətdarlıqlarını bildiriblər.

Şərh Yaz