Şərəfli yolun yolçuları

Mart ayının 27-də İsmayıllı rayonunda Milli Təhlükəsizlik orqanları işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilib.
Şərəfli yolun yolçularıƏvvəlcə ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsi ziyarət edilib, abidə önünə tər güllər düzülüb.
MTN-nin İsmayıllı şöbəsində davam edən tədbirdə çıxış edənlər Milli Təhlükəsizlik Nazirliyinin yaranmasından, keçdiyi şərəfli yoldan, nazirliyin fəaliyyət istiqamətləri və qarşıda duran vəzifələrdən söz açıblar. Bildirilib ki, bu gün müstəqil Azərbaycanın təhlükəsizlik orqanları üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Ümummilli lider Heydər Əliyevin təşkilata rəhbərliyi dövründə qurum keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu təşkilatın fəaliyyəti Heydər Əliyevin adı ilə sıx bağlıdır. Azərbaycan prezidenti İlham Əliyev milli təhlükəsizlik orqanlarının fəaliyyətini yüksək qiymətləndirir.
“İsmayıllı xəbərləri”

Şərh Yaz