14 mart xatirələrə yazıldı

Təbiətin hər bir xalqa bəxş etdiyi ən qiymətli miras onun milli-mənəvi dəyərləridir. Azərbaycan xalqının mədəniyyəti, milli-mənəvi dəyərləri qədim və zəngindir. Şərqin və Qərbin qovşağında yerləşən Azərbaycan tarixi abidələri, zəngin ədəbiyyatı, incəsənəti, musiqisi ilə haqlı olaraq öyünür. Müsəlman Şərqində ilk dünyəvi teatr, ilk opera, ilk balet Azərbaycanda yaradılmışdır. Qədim Azərbaycan mədəniyyətinin mühüm tərkib hissəsi əcdadlarımızın söz vasitəsilə ötürdükləri ədəbiyyatı olmuşdur. Görkəmli orta əsr Azərbaycan şairi və mütəfəkkiri Füzulinin eyni adlı əfsanə əsasında qələmə aldığı “Leyli və Məcnun” poeması Azərbaycanın ədəbiyyat tarixində mühüm yer tutur. Füzuli irsi Azərbaycanda ədəbi, ictimai və fəlsəfi fikrin inkişafında xüsusi mərhələ təşkil edir. Leyli və Məcnunun timsalında insana, həyata və sevgiyə yeni münasibət ifadə olunur. Yüzilliklər sonra Füzulinin eşq dastanına milli xalq musiqisindən ruh, can verən Üzeyir Hacıbəyli olub. O, “Leyli və Məcnun”u yaratmaqla Şərqin opera sənətinin təməlini qoyub. Füzuli şeiriyyətini incəliklə operaya köçürən dahi bəstəkarın “Leyli və Məcnun”unun ilk tamaşası isə 1908-ci ilin yanvarın 25-də Tağıyev teatrında göstərilib. Bu tarixi hadisədən 4 il sonra isə Lahıcda “Leyli və Məcnun” əsərin səhnələşdirilməsi XX əsrin əvvəllərindən bəri rayonumuzda insanların sənətə və mədəniyyətə bağlılıqlarının unudulmaz nümunəsi kimi xatırlanmaqdadır.14 mart xatirələrə yazıldıBu gün mədəniyyətin inkişaf etdirilməsinə dövlət tərəfindən xüsusi qayğı göstərilir. Ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev mədəniyyətin inkişafını həmişə diqqət mərkəzində saxlayır.
Bu diqqət və qayğıdan rayonumuz da kənarda qalmayıb. Son illər İsmayıllı mədəniyyətinin inkişafında əsaslı dönüş yaranıb, mədəniyyət obyektləri təmir edilib ismayıllıların istifadəsinə verilib. Bu cür mədəniyyət obyektləri sırasında ən birincisi 22 sentyabr 2014-cü il tarixdə Prezident İlham Əliyevin də açılışında iştirak etdiyi İsmayıllı Mədəniyyət Sarayıdır.
Bundan əlavə, İsmayıllı Uşaq Kitabxanası müasir standartlar səviyyəsində əsaslı təmir edilib.
Həm Mədəniyyət Sarayında, həm də Uşaq Kitabxanasında mühüm əhəmiyyətli tədbirlər keçirilir. Belə əhəmiyyətli tədbirlər sırasında 2 oktyabr 2014-cü il tarixdə Xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımovanın möhtəşəm konsert proqramı ilə çıxış etməsini göstərmək olar.
İsmayıllı üçün 2015-ci ilin ən önəmli, mühüm və möhtəşəm tədbiri kimi mart ayının 14-də İsmayıllı
Mədəniyyət Sarayında İsmayıllı Rayon İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının birgə layihəsi əsasında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının nümayiş olunması xatirələrə yazıldı.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaradıcı kollektivinin ifasında bu ölməz səhnə əsəri böyük ustalıqla nümayiş olunub. Baş rolları xalq artistləri Nəzakət Teymurova və Mənsum İbrahimov ifa ediblər. Tamaşa Əməkdar incəsənət xadimi Sevil Hacıyeva tərəfindən idarə olunub.
İsmayıllıda işgüzar səfərdə olan “İrəli ” İctimai Birliyinin “Gənc Əkinçi” layihəsinin iştirakçıları da tamaşaya baxıblar.
Tamaşa sənətsevərlər tərəfindən alqışlarla qarşılanıb.
Sonda rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov yüksək sənətkarlıq nümayiş etdirdikləri üçün tamaşanın göstərilməsində rolu olan hər kəsə, xüsusilə Nəzakət Teymurovaya və Mənsum İbrahimova təşəkkürünü bildirib, kollektivə yeni yaradıcılıq uğurları arzulayıb.
Tamaşaçılar çoxsaylı gül dəstələri ilə bütün ifaçılara minnətdarlıqlarını çatdırıblar.
“Leyli və Məcnun” operasının İsmayıllıda göstərilməsi mədəniyyətsevərlər üçün böyük hədiyyə olub.
“İsmayıllı xəbərləri”
14 mart xatirələrə yazıldı
14 mart xatirələrə yazıldı
14 mart xatirələrə yazıldı
14 mart xatirələrə yazıldı

Şərh Yaz