Nöqsanlar araşdırıldı, səbəblər göstərildi

Bu günlərdə İvanovka kəndindəki N.Nikitin adına kolxozda hesabat-seçki yığıncağı keçirilmişdir. Ümumi yığıncaqda 2014-cü təsərrüfat ilində görülmüş işlərdən söz açılmış və 2015-ci ildə qarşıda duran vəzifələr haqqında Nikolay Dubrovinin məruzəsi dinlənilmişdir. Kolxoz təftiş komissiyasının həmin dövr üçün işi haqqında N.Mordvintsev məruzə etmişdir.Nöqsanlar araşdırıldı, səbəblər göstərildiYığıncaqda İsmayıllı RİH-nin başçısı Mirdaməd Sadıqov və Milli Məclisin deputatı Novruzəli Aslanov da iştirak etmişlər. Tənqid və özünütənqid şəraitində keçən iclasda işdə yol verilmiş nöqsanlardan geniş söhbət getmiş, kolxozda iqtisadiyyatın zəifləməsi səbəbləri göstərilmişdir. Г‡ıxış edənlər narazılıqlarını dilə gətirmiş, çatışmazlıqlardan danışmış və kolxoz idarə heyətindən nöqsanların aradan qaldırılmasını tələb etmişlər. Birinci məsələ ətrafında kolxozun müxtəlif sahələrində çalışan 11 nəfərin çıxışı dinlənilmişdir.
Milli Məclisin deputatı N.Aslanov çıxış edərək kolxoz əməkçilərini salamlamış, onlara möhkəm can sağlığı arzulamış, nöqsanların aradan qaldırılması üçün düzgün seçim etməyi tövsiyə etmişdir.
İclasa sədrlik edən İvan Prokofyev çıxışında kolxoz işinə biganə olmadığından, mövcud vəziyyətin çoxusuna əsəbilik göstərildiyindən, təsərrüfatda iqtisadiyyatın getdikcə geriləməsindən təəssüf hissi ilə danışmışdır.
RİH başçısı kolxozdakı vəziyyətə nəzarət, geriliyin aradan qaldırılması yollarının araşdırılması məqsədi ilə Müvəqqəti Şura yaradılması təklifi ilə çıxış etmiş, bu istiqamətdə görülə biləcək işlər barədə ətraflı danışmışdır.
Yığıncaq 16 nəfərdən ibarət Müvəqqəti Şura yaradılması barədə qərar qəbul etmişdir.
Sonda RİH başçısı M.Sadqov kolxozun idarə heyətinə, kənd sakinlərinə işdə və həyatda uğurlar arzulamışdır.
B.Babayev
Nöqsanlar araşdırıldı, səbəblər göstərildi
Nöqsanlar araşdırıldı, səbəblər göstərildi

Şərh Yaz