Möhkəmlənən dostluq

Mart ayının 7-də İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbində Yaponiyanın Azərbaycandakı Səfirliyinin nümayəndəsi məktəb şagirdləri ilə görüşüb. Möhkəmlənən dostluqTədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev son illərdə daha da möhkəmlənən Azərbaycan Yaponiya dostluğundan söz açıb. O, Azərbaycan Respublikasından İsmayıllı, Yaponiya tərəfindən İto şəhərləri arasında yaranmış və inkişafda olan dostluq əlaqələrindən danışıb. Yaponiya hökumətinin maliyyə dəstəyi ilə İsmayıllıda reallaşdırılan layihələr barəsində ətraflı məlumat verən R.Ağayev görüşün tərəflər üçün əhəmiyyətini açıqlayıb.
Səfirliyin nümayəndəsi şagirdlərə Yaponiyanın tarixi, mədəniyyəti, adət-ənənələri ilə bağlı məlumatlar verib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz