Əlillərə qayğı artır

İsmayıllıda 14 rayondan olan tibbi-sosial ekspert komissiyaları (TSEK) və səhiyyə müəssisələrinin birgə müşavirəsi keçirilib.Müşavirədə əlillik müayinəsi üçün göndəriş formalarının tərtib olunması prosedurunun təkmilləşdirilməsi, müayinələrin nəticələrinin müvafiq beynəlxalq təsnifat əsasında rəsmiləşdirilməsi məsələləri geniş müzakirə olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçirilən müşavirə tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin elektron-informasiya sisteminin tətbiqinə həsr olunub. Sistemin tətbiq olunmasının əlillik təyinatı prosedurunun şəffaflaşdırılmasına, bu sahədə fəaliyyət mexanizminin müasir tələblərə uyğun qurulmasına xidmət etdiyi vurğulanıb.
Səhiyyə müəssisələri və tibbi-sosial ekspert komissiyaları arasında əlillik müayinəsi üçün müvafiq məlumatların elektron mübadiləsinə imkan verən bu sistem vasitəsilə eyni zamanda elektron məlumat bazası da yaradılıb. Bu baza isə öz növbəsində aidiyyəti dövlət orqanının əlillik müayinələrinin nəticələri ilə bağlı müvafiq məlumatları elektron yolla əldə edilməsinə imkan yaradır. Eləcə də, TSEK-lərə göndərişlərin elektron reyestri yaradılıb, bu göndərişlərin formaları təsdiq edilib. Müşavirədə irəli sürülən təkliflər də müzakirə olunub.
“İsmayıllı xəbərləri”

Şərh Yaz