Ölkəmizi tanıyaq

Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyalar davam edir. Ölkəmizi tanıyaqAksiya çərçivəsində Naxçıvandan gələn məktəblilər iki qrup olmaqla, mart ayının 17-dən 23-nə kimi İsmayıllı rayonunda olublar. Mart ayının 22-də İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Midaməd Sadıqov Lahıc qəsəbəsində Naxçıvan məktəblilərinin ikinci qrupu ilə görüşüb.
Lahıc qəsəbəsinin qədim tarixi, mədəniyyət abidələri, Tarix-Diyarşünaslıq Muzeyi və turizm potensialı ilə tanış olan məktəblilərə yüksək dağlıq ərazidə yerləşən Lahıc qəsəbəsinin qədim şəhərsalma və memarlıq sənətinin orijinal abidəsi olduğu haqqında məlumatlar verilib. Bildirilib ki, möhtəşəm küçə və meydanları ilə bu orta əsrlər yaşayış məskəni Qafqazda ən məşhur sənətkarlıq-ticarət mərkəzlərindən biridir. Bu gün Lahıc dövlət tərəfindən qorunan tarixi-memarlıq abidəsidir və məskənin zahiri görünüşü əvvəlki vəziyyətdə saxlanılıb. Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, güyüm, aşsüzən, kəfgir, kasa, cam, qazan, çıraq və digər məmulatlar dünyanın müxtəlif ölkələrinin ən məşhur muzeylərində nümayiş etdirilir. Lahıc qəsəbəsinin qədim tarixi, mədəniyyət abidələri, Tarix-Diyarşünaslıq Muzeyi və turizm potensialı ilə tanışlıq məktəblilərdə xoş təəssürat oyadıb.
Şərur rayonu Düdəngə kənd tam orta məktəbinin şagirdi Aytac Mərdanlı deyib: “Dağlar qoynunda yerləşən İsmayıllının, qədim Lahıcın öz gözəlliyi, maraqlı tarixi var. Lahıc məndə kitablardan oxuduğum keçmiş dövrün təəssüratını yaşatdı. Elə bil Azərbaycanımızın keçmişinə səyahət etdim. Novruz bayramı ərəfəsində bizə bu imkanı yaratdığına görə Prezidentimizə çox minnətdaram. Azərbaycanı gəzmək, öyrənmək üçün bundan sonra əlimə düşən hər imkandan istifadə edəcəyəm”.
Rayonun mərkəzi meydanında İcra Hakimiyyətinin əməkdaşları tərəfindən qarşılanan məktəblilər Heydər Əliyev Mərkəzində olublar. Foyedə Fazil Əzimov adına İsmayıllı Uşaq İncəsənət Məktəbinin şagirdləri tarda və pianoda bir-birindən rəngarəng musiqi nömrələri ifa ediblər.
Mərkəzi ziyarət edən şagirdlər burada Ulu öndərin həyatını, siyasi fəaliyyətini əks etdirən fotoşəkillərlə tanış olublar. Bildirilib ki, Mərkəzdə brifinq zalı, inzibati və yardımçı otaqlar mövcuddur. Bölmələrdə ulu öndər Heydər Əliyevin həyatının müxtəlif anlarını əks etdirən eksponatlar toplanıb. Burada “Bacarıqlı əllər”, “Rəsm” və bir çox başqa dərnəklər fəaliyyət göstərir.
Sonra Mərkəzin iclas zalında məktəblilərlə görüş keçirilib. Görüşdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova qonaqları salamlayıb, onları Novruz bayramı münasibəti ilə onları təbrik edib. İsmayıllının tarixi, rayonda sosial-iqtisadi inkişaf proqramı çərçivəsində həyata keçirilən müxtəlif layihələr, təhsil, idman, gənclər, mədəniyyət sahələrində nəzərə çarpan uğurlar haqqında məlumat verib.
Г‡ıxış edən məktəblilər İsmayıllıda olmaqlarından məmnunluqlarını bildirib, yüksək səviyyədə qarşılandıqlarına görə təşəkkür ediblər.
Məktəblilərə rayon İcra Hakimiyyəti tərəfindən İsmayıllı haqqında məlumatların əksini tapdığı xatirə hədiyyələri təqdim olunub.
Г‡inarə Bəhərçinli
Ölkəmizi tanıyaq
Ölkəmizi tanıyaq

Şərh Yaz