Xanımları təbrik etdik

Xanımları təbrik etdikİsmayıllı Rayon Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Gülüstan” şadlıq sarayında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə bayram tədbiri keçirilib.Mədəniyyət sahəsində çalışan qadınların iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Mədəniyyət İşçiləri İsmayıllı Rayon Həmkarlar Komitəsinin sədri Lətif Quliyev bütün qadınları bayram münasibəti ilə təbrik edib. Son illər ölkəmizdə və rayonda qadınlara göstərilən yüksək diqqət və qayğıdan danışıb, onların ictimai-siyasi fəallığını, rayonun sosial-iqtisadi və mədəni həyatında rolunu yüksək dəyərləndirib.
Daha sonra Uşaq İncəsənət məktəbinin müəllimi Ceyran Ağayeva çıxış edərək qadınları bayram günü münasibəti ilə təbrik edib. Azərbaycan qadınlarının kişilərlə çiyin-çiyinə ölkənin ictimai-siyasi həyatında fəal iştirakından danışaraq, Ümummilli lider Heydər Əliyevin qadınların cəmiyyətdəki roluna yüksək qiymət verdiyini, onlara daimi diqqətlə yanaşdığını vurğulayıb. Tədbirdə iştirak edən rayon Mərkəzi Kitabxana Sisteminin müdiri Ələddin Ələkbərov, rayon Gənlər və İdman İdarəsinin rəisi Taleh Salehov da bütün qadınları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib, qadınlara təkcə bayram günü yox, hər zaman diqqət göstərilməsinin vacib olduğunu vurğulayıblar. Г‡ıxışlarında respublikamızda və eləcə də İsmayıllı rayonunda qadınların yaşayış və əmək fəaliyyəti üçün yaradılan şəraitə görə ölkə rəhbərinə minnətdarlıqlarını çatdırıblar. Tədbir Heydər Əliyev adına İsmayıllı Mədəniyyət Mərkəzinin “Niyal” xalq çalğı alətləri ansamblının hazırladığı geniş konsert proqramı ilə davam edib.
Şamo Nuğayev,
Rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri

Şərh Yaz