Fərqli uşaqlar, fərqli qayğı

İsmayıllı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı və AccessBankın maliyə dəstəyi ilə şəhərdəki 1 saylı xeyir-şər evində xüsusi qayğıya ehtiyaclı uşaqlar üçün bayram tədbiri keçirilmişdir. Fərqli uşaqlar, fərqli qayğıYel çərşənbəsi günü keçirilən tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, İsmayıllı UADM-in direktoru Lətifə Əliyeva, Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Azər Abbasov, rayon Uşaq İncəsənət Məktəbinin müəllimi Ceyran Ağayeva, RİH başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhərrəm Əhmədov, İsmayıllı bələdiyyəsinin sədr müavini Cümşüd Hacıyev çıxış edərək fərdi təhsilə cəlb olunan uşaqların cəmiyyətə inteqrasiyası məqsədilə belə tədbirlərin keçirilməsinin vacibliyindən danışdılar, uşaqları Yel çərşənbəsi və Novruz bayramı münasibətilə təbrik edərək ən xoş arzularını çatdırdılar.
Uşaqlar tədbiri bayramı süfrəsi arxasında qeyd etdilər, rayon Mədəniyyət Mərkəzinin “Niyal” xalq çalğı alətləri ansamblının üzvləri Sahibə Abdullayevanın, Rövşən Teyyubovun, İntiqam İbrahimovun, məktəbli Samirənin oxuduqları şən mahnıların sədaları altında rəqs edib, sevindilər.
Gülnar Mikayılova

Şərh Yaz