Zəriflik, gözəllik rəmzi olan qadınlarımız

Qadınlar zəriflik, gözəllik, ülvilik rəmzidir. Ölkəmizdə bu ad hər zaman uca tutulmuşdur. Azərbaycan qadınının istedadı, zəkası, əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında və gənc nəslə tanıdılmasında müstəsna xidməti olmuşdur.Zəriflik, gözəllik rəmzi olan qadınlarımızBəşəriyyət tarixində ən əlamətdar günlərdən biri olan 8 Mart bayram kimi ilk dəfə Romada keçirilmişdir. Lakin indi bu bayram müxtəlif dövlətlərdə, eləcə də ölkəmizdə yüksək səviyyədə qeyd olunur. Əvvəllər Qadınlar Günü kimi tanınan bu bayram Birləşmiş Millətlər Təşkilatı tərəfindən 1975-ci ildən Beynəlxalq Qadınlar Günü qeyd edilir. Tarixən Azərbaycanda qadına-anaya daim böyük ehtiram və hörmətlə yanaşılmış, ana müqəddəslik, namus və qeyrət rəmzi sayılmışdır. Azərbaycanın çoxəsrlik tarixində hökmdar, sərkərdə, şair, sənətkar olan qadınlarımız adlarını tarixə qızıl hərflərlə yazmışlar.
Hər il olduğu kimi, bu il də 8 Mart-Beynəlxalq Qadınlar Günündə İsmayıllıda möhtəşəm tədbir keçirildi. 6 mart 2015-ci il tarixdə “Qala” şadlıq sarayında baş tutan bayram şənliyində rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm, təhsil, səhiyyə, gənclər, mədəniyyət və digər sahələrdə çalışan, ictimai təşkilat və birliklərə rəhbərlik edən, eləcə də ictimaiyyətin nümayəndələri olan qadınlar iştirak edirdi.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək tədbirdə iştirak edən qadınları, onların timsalında bütün xanımları bayram münasibəti ilə təbrik etdi, onlara uzun ömür, can sağlığı, həyatda və iş fəaliyyətlərində uğurlar arzuladı. İcra başçısı əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən qadın siyasətindən danışdı, Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Millət vəkili Mehriban xanım Əliyevanın gördüyü işlərdən geniş söz açdı. M.Sadıqov bildirdi ki, respublikada qadınların təhsil, məşğulluq, sahibkarlıq fəaliyyəti, rəhbər vəzifələrdə təmsil olunması getdikcə yüksələn xətt üzrə inkişaf edir, cəmiyyətdə qadının rolu artır, ölkənin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısına çevrilir.
Sonra tədbirin bədii hissəsi başladı. Heydər Əliyev adına İsmayıllı Mədəniyyət Mərkəzinin “Niyal” xalq çalğı alətləri ansamblının üzvləri Sahibə Abdullayeva, Qalib Güləliyev, Rövşən Teyyubov, Bəhruz Həşimov, İntiqam İbrahimov bir-birindən gözəl mahnılar ifa edərək qadınları musiqiləri ilə təbrik etdilər.
Fazil Əzimov adına İsmayıllı İncəsənət Məktəbinin rəqs kollektivinin, İvanovka, Lahıc folklor qruplarının hazırladığı müxtəlif rəqs nömrələri, Toğrul Qasımovun oxuduğu Tofiq Bayramovun “Qadın ürəyi” şeiri, həmçinin 2 nömrəli uşaq bağçasının balaca fidanlarının söylədiyi şeirlər və oynadığı rəqslər maraqla qarşılandı. İsmayıllı sakini modelyer Sülhiyyə Kamilovanın moda kolleksiyası böyük diqqətə səbəb oldu. “Ən yaxşı təbrik demək”, “Şeir oxumaq” və bu kimi başqa maraqlı müsabiqələr keçirildi, müsabiqələrin qaliblərinə qiymətli hədiyyələr verildi.
Tədbirdə rayonun ictimai həyatında fərqlənən bir qrup qadına təşəkkürnamə və hədiyyələr təqdim edildi.
Qadınlara həsr olunan bu möhtəşəm bayramda qoy məhəbbət qəlbinizdən, təbəssüm üzünüzdən, gözlərinizdən əskik olmasın!
Г‡inarə Bəhərçinli
Zəriflik, gözəllik rəmzi olan qadınlarımız
Zəriflik, gözəllik rəmzi olan qadınlarımız

Şərh Yaz