Azərbaycan məktəblərində yenilik

13 mart 2015-ci ildə İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbində Ş.Rəsulovun rəhbərliyi və mənim koordinatorluğumla yaradılmış Yapon Mərkəzində distant yolla dost ölkənin dilinin öyrənilməsinə start verildi. Kurs müəllimi yaponiyalı Sensey Konişidir. Azərbaycan məktəblərində yenilikQeyd edim ki, dərsin materialları email vasitəsilə şagirdlərə 2 gün öncədən göndərilir. Kursda iştirak edən 6 şagirdin hər birinın verilmiş tapşırıq “Skayp”da Sensey Konişi tərəfindən izah edilir. Kurs ərzində “amazon.com”dan sifariş verilmiş “Minna no Nihongo” kitabından istifadə olunacaq. Sevindirici hal odur ki, onlayn “SALJ” (Students of Azerbaijan Learning Japanese”) proqramında iştirak edən şagirdlər – Şamxal İsrayılzadə, Ülkər Aslanlı, Aysu Cəfərova, Zəminə Əkbərova, Lalə Ağayeva və Samir Salehov onlayn kursda iştirak edə bilməyən, lakin yapon dili öyrənmək həvəsində olan digər şagirdlərə könüllü olaraq öyrəndiklərini öyrədirlər.
Aytəkin Əhmədova

Şərh Yaz